28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Millimizin keçmiş baş məşqçisi: "Azərbaycanla oynamaq istəyən yığma komandalar azlıq təşkil edir"

"Hazırda Azərbaycan millisi ilə oynamaq istəyən yığma komandalar azlıq təşkil edir. Bu səbəbdən də AFFA-nın seçimini anlayışla qarşılamaq lazımdır". Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri yığmamızın keçmiş, "Rəvan"ın hazırki baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis millimizin Qırğızıstana qarşı keçirəcəyi oyunun yalnız reytinq xalı baxımından əhəmiyyət kəsb etdiyini bildirib: "Hər bir komanda güclü rəqib axtarır. Bu oyunlarda qələbə qazanmaq yalnız reytinq baxımından önəmlidir. Amma indiki məqamda bu cür oyunun nə dərəcədə önəmli olduğu barədə dəqiq fikir bildirmək çətindir. Çünki vaxt uyğunluğu yoxdu. Yəni, bizim üçün tsikl artıq başa çatıb. Növbəti tsiklin başlamasına isə hələ 8-9 ay vaxt var. Odur ki indidən eksperiment edib, millinin gələcək heyətini formalaşdırırıq demək də düzgün deyil". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31