29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Kəpəz”in yarımmüdafiəçisi: “İnsident oldu, bitdi, keçdi”

“Kəpəz”in yarımmüdafiəçisi Ehtiram Şahverdiyevin Futbolxeber.az saytına müsahibəsi

 

- “Neftçi”dən alınan 1:5 hesablı böyükhesablı məğlubiyyətə səbəb nə oldu?

- Oyuna yaxşı başlamışdıq. Hesabı da açmağa müvəffəq olduq. Lakin sonradan anlaşılmazlıqlar, səhvlərimiz oldu. Bunun da nəticəsində qapımızda ardıcıl 2 qol gördük. Bu, oyunumuzda eniş yaratdı. İkinci hissədə heç cür özümüzə gələ bilmədik.

- Matçın sonlarında rəqib futbolçularla aranızda insident yaşandı. Filip Ozobiçlə mübahisənizə səbəb nə oldu?

- Futboldu, gərginlik olur. Nəticədən asılı olaraq məndə bir qədər gərginlik yaranmışdı. İnsident oldu, bitdi, keçdi.

- Mövsümün son 2 turunda “Kəpəz”in məqsədi nədir?

- Hər oyuna necə hazırlaşırıqsa, qarşıdakı iki matça da ciddi hazırlaşacağıq. Rəqiblərimizdən maksimum xal götürmək istəyirik ki, daha da irəli gedək. Premyer Liqada qalmağın öhdəsindən artıq gəlmişik. İndi isə mövsümü 8-ci pillədə bitirə bilərik.

- Gələcəklə bağlı planların necədir? Səni yeni mövsümdə də “Kəpəz”də görəcəyik?

- Hələ ki mövsüm bitməyib. Bütün fikrim hazırda “Kəpəz”dədir. Düzünü deyim ki, hələlik klubdan yeni müqavilə ilə bağlı təklif almamışam, aramızda heç bir danışıqlar olmayıb. Danışıq olsa, yəqin ki, hər şey müsbət yekunlaşacaq.

- “Kəpəz” Premyer Liqada qalmaq uğrunda mübarizədə yetirməsi olduğun “Qəbələ”ni üstələdi. Sabiq klubunun sonuncu olması sənə necə təsir etdi?

- Bəli, “Qəbələ” akademiyasında böyümüşəm. Orda hər cür şərait olub. Hər şey bu dəqiqə də gözümün önündədir. “Qəbələ”nin Premyer Liqada olmaması üzücüdür. Çempionata rəng qatan komandalar biri idi. Həm oyun üslubu, həm də adı. Lakin futbolda hər bir şey ola bilər. Ümid edirəm ki, qərar dəyişəcək və “Qəbələ” Premyer Liqada qalacaq.

- Yəqin ki, komanda sayının artırılmasını nəzərdə tutursan.

- Hə, istərdim ki, çempionatda komanda sayı artırılsın. İştirakçı sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Bu, yerli futbolçuların da inkişafına kömək ola bilər. Təbii ki, bütün bunlar mənim fikrimdir. Ən yaxşısını AFFA İcraiyyə Komitəsi bilir və onlar da lazımi qərarları qəbul edəcəklər.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31