8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Rəşad Sadiqov: "Estoniya ilə oyun rəsmi olmasa da..."

"Neftçi" PFK-nın kapitanı Rəşad Sadiqov klubun rəsmi saytına açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu yığmamızın Estoniya ilə oyununu kənardan izlədiyinə görə təəssüflənir: "Çox istərdim ki, Estoniya yığması ilə oyunda millimizə kömək edim. Amma zədə səbəbindən vaxtından əvvəl milli komandanın düşərgəsindən ayrılmalı oldum. Müalicəmi davam etdirirəm. Bərpa prosesini keçdikdən sonra “Neftçi”də hazırlığa başlayacağam. Estoniya ilə oyun rəsmi olmasa da, qarşılaşmanın nəticəsi yığma komandaların reytinq cədvəlinə təsir göstərəcək. Rəqibimiz yetərincə ciddidir və öz meydanında qələbə qazanmağa çalışacaq. Buna baxmayaraq biz də son oyunlarımızda azarkeşlərimizi sevindirə bilmişik və bunun davamını gətirməliyik. İnanıram ki, yığmamız ağır səfər matçında qələbə qazanaraq azarkeşlərin ümidlərini doğruldacaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30