11 Iyun 2024, Çərşənbə axşamı
"Qarabağ"dan qapıçı transferi
"Zirə" Çantakiasla vidalaşdı
"Cəbrayıl" I Liqaya yaxınlaşdı
“Zirə”də üç yeni müqavilə - RƏSMİ

Ölkə futbolu

“Kəpəz”in 2 futbolçusuna 4 oyunluq cəza verildi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının 33-cü turu çərçivəsində keçirilən “Kəpəz” - “Sumqayıt” oyununun 90+2-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Olavale Onanuqa hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Kəpəz” klubu 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

Matçın 90+6-cı dəqiqəsində “Kəpəz”in futbolçusu Martins Junior ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra rəqib komandanın texniki zonasına qeyri-etik ifadələr işlətdiyinə, onları təhqir etdiyinə görə 4 oyun cəzalanıb, “Kəpəz” klubu 3000 manat cərimə edilib.  Oyunda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” klubu 700 manat cərimə edilib.

Matçda “Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Kəpəz” klubu 800 manat cərimə edilib. Oyunda “Kəpəz” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlər təhqir edildiyinə görə “Kəpəz” klubu 1000 manat cərimə edilib.  90+6-cı dəqiqədə “Sumqayıt”ın  futbolçusu Vüqar Mustafayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Sumqayıt” klubu 500 manat cərimə edilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30