Ölkə futbolu
Qurban Qurbanov: "Neftçi"yə qarşı hamı istəkli oynayır"
“Futbolçularımı təbrik edirəm. Azarkeşlər üçün maraqlı oyun oldu. Oyundan razı qaldım. Amma daha da səliqəli oynamalıyıq. Çünki, futbol səhvləri bağışlamır. Rəqib istifadə edə bilərdi. Bəsit səhvlər etdik. Buna baxmayaraq, oyun intizamı var idi, futbolçular istəkli idilər. "Neftçi"yə uğurlar arzulayıram”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 33-cü turunda öz meydanında "Neftçi"ni 5:0 hesabı ilə darmadağın etdikləri oyundan sonra deyib.
O, Toral Bayramovun ilk hissədəki oyunundan çox narazı qaldığını bildirsə də, mərkəz müdafiəçisi kimi sınadığı Mateus Silvadan razılığını ifadə edib: “Neçə oyundur ki, onu mərkəzdə oynadırıq. Həmin mövqedə istədiyimiz oyunu göstərir. Mateusun hər iki mövqedə eyni səviyyədə oynaması mənim üçün üstünlükdür. Son vaxtlar Mateus tam olaraq özünü bu kollektivin üzvü kimi hiss edir”.
Qurbanov "Qarabağ"ın bu mövsüm “Neftçi” ilə matçlarda xal itirməməsinin xüsusi motivasiya ilə əlaqəli olmadığını vurğulayıb: “Elə oyunlar var ki, daha da çox hazırlaşırıq. Ümumiyyətlə meydana motivasiyasız çıxmaq düzgün deyil. "Neftçi"yə gəldikdə, bəlkə də komandamı ən az bu rəqibə qarşı motivasiya edirəm. Çünki futbolçular istər-istəməz dərk edirlər. Çempionatda ən çox maraq olan oyun "Neftçi" ilə "Qarabağ" arasında olan matçlardır. Tam bizdən asılı olan bir şey deyil. Sadəcə belə uğurlu seriya alındı. "Neftçi" ilə görüşlərdə əlavə nəsə demirik”.
İspaniyada təcrübə keçəcəyi barədə xəbəri təkzib edən Q.Qurbanov bildirib ki, heyəti gücləndirməyə çalışacaqlar: “Ən azından heyəti qoruyub-saxlamağa və güclənməyə çalışacağıq. Lakin "Qarabağ"ın Emre Morla maraqlanmasından xəbərim yoxdur”.
“Keçmiş "Neftçi"li kimi "Neftçi"nin düşdüyü vəziyyət sizə necə təsir edir?” sualını Qurban Qurbanov belə cəzalandırıb: “Mənim cavab verməyim bəlkə də düz olmaz. "Neftçi"yə qarşı hamı istəkli oynayır. O ad həmişə onların üzərindədir. Hər komandanın eniş vaxtı olur. Ola bilər ki, "Neftçi"də bu günlərə düşüb. Nəinki "Neftçi"nin, bütün komandaların, çempionatın aktiv olmasını istəyirəm. Zəmanət yoxdur ki, biz hər il bu səviyyədə olacağıq. Bizdə də hansısa il eniş ola bilər. Buna hazır olmalıyıq. "Neftçi" böyük klubdur. İnanıram ki, tez bir zamanda belə nəticələr geridə qalacaq”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- “Neftçi”də maliyyə böhranı
-
10:00
Azərbaycan millisi Ermənistana qarşı
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi
-
17:52
"Qızıl top" sahibinə nə vaxt qovuşacaq?
-
16:44
Azərbaycanın amputant millisi Yunanıstana qalib gəlib
-
16:38
Silvinyo: "Azərbaycan millisi bizi çətin vəziyyətə sala bilər"
-
15:19
Ayxan Quseynov "Turan Tovuz"la yeni müqavilə imzaladı
-
14:51
DÇ: Azərbaycan şahmatçısı vahid lider oldu
-
14:27
Azərbaycan - Albaniya: 19 manatdan 221 manatadək...