8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub

Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan Bakı şəhər rayonlarını əhatə edən məhəllələrarası minifutbol turnirinə yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, 2012-2013-cü il təvəllüdlü yeniyetmələr arasında keçirilən və 2 mərhələdən - rayon və şəhər mərhələlərindən ibarət olan yarışın əsas məqsədi yeniyetmə və gənclərdə sağlam həyat tərzinin tərbiyə olunması və onların idmanla məşğul olmağa cəlb edilməsidir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın qəsəbə və yaşayış məntəqələrində həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yaradılan abad məhəllələrdəki minifutbol stadionlarında təşkil edilən yarışlar olimpia sistemi üzrə keçirilib. Turnirdə ümumilikdə 1152 gənc idmançının yer aldığı 96 komanda iştirak edib.

Yarışın ilk turu aprelin 20-nə kimi paytaxt rayonlarında yekunlaşıb. Daha sonra isə rayon turlarının qalibləri Bakı şəhər mərhəlləsində yarışıblar.

Respublika səviyyəli hakimlərin iştirakı ilə təşkil edilən birinciliyə mayın 3-də final oyunları ilə yekun vurulub. Həlledici görüşdə Səbail rayonunun “Bayıl” kollektivi və Nizami rayonunun “Flaqman” komandası görüşüblər. 3:2 hesabı ilə qalib gələn birincilər turnirin qalibi olublar.

3-cü yer uğrunda matçda Qaradağın “Lökbatan” klubu Xətai rayonunun “Qarabağ” komandasına 6:1 hesabı ilə qalib gəlib.

Turnirin qalibləri Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30