8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Rəqibi təpiklə vuran futbolçunun cəzası açıqlandı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, bu gün keçirilən iclasda 2-ci liqanın 23-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Lerik” - “Kürmük” oyununun 43-cü dəqiqəsində “Lerik” komandasının 12 nömrəli futbolçusu Hafiz Məmmədli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Lerik” klubu 50 manat cərimə edilib.

“Şəmkir” - “Göygöl” oyununun 78-ci dəqiqəsində “Göygöl” komandasının 25 nömrəli futbolçusu Vahid İbrahimov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Göygöl” klubu 300 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

“Şəmkir” - “Göygöl” oyununda “Göygöl” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Göygöl” klubu 70 manat cərimə edilib.

“Sheki City” - “Cəbrayıl” oyununda “Sheki City” klubu matçın ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə “Sheki City” klubu 100 manat cərimə edilib.

“Sheki City” - “Cəbrayıl” oyununun 63-cü dəqiqəsində “Sheki City” klubunun 9 nömrəli futbolçusu Tural Məmmədzadə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Sheki City” klubu 300 manat cərimə edilib.

“Sheki City” - “Cəbrayıl” oyununun 64-cü dəqiqəsində “Sheki City” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Sheki City” klubu 100 manat cərimə edilib.

“Şəfa” - “Dinamo” oyununda “Dinamo” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Dinamo” klubu 70 manat cərimə edilib.

“Ağdaş” - “Qusar” oyununda “Ağdaş” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Ağdaş” klubu 70 manat cərimə edilib.

“Ağdaş” - “Qusar” oyununa Təcili Tibbi Yardım avtomibilinin təyin edilmiş vaxtdan gec gəlməsi səbəbindən matç 8 dəqiqə gec başladığı üçün “Ağdaş” klubu 100 manat cərimə edilib.

“Şahdağ Qusar” - “Füzuli” oyunu bitdikdən sonra stadionun dəhlizinə “A buraxılışı” vəsiqəsi olmayan şəxslər daxil olduğuna görə “Şahdağ Qusar” klubu 50 manat cərimə edilib.

“Şahdağ Qusar” - “Füzuli” oyununda “Füzuli” klubunun 7 futbolçusu sarı vərəqə aldığına görə “Füzuli” klubu 70 manat cərimə edilib.

“Şahdağ Qusar” - “Füzuli” oyunu btidikdən sonra “Füzuli” klubunun 77 nömrəli futbolçusu Əziz Hüseynov təcavüzkar davranışa (rəqibi təpiklə vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Füzuli” klubu 300 manat cərimə edilib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30