8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Ayxan Abbasovun həqiqətləri

Azərbaycan Premyer Liqasında cari mövsümdə qazandığı nəticələrə görə deyil, daha çox açıqlamalarına görə tənqid olunan iki məşqçi var - biri Şahin Diniyevdir, digəri də Ayxan Abbasov. Qeyd etdiyimiz kimi, burda söhbət nəticələrdən getmir. Yeri gəlsə, ötən mövsümlə müqayisədə hər iki komandanın nəticələri daha da yaxşılaşıb. “Səbail” ötən mövsüm Premyer Liqada qalmağı yalnız son turda təmin etmişdisə, bu çempionatda avrokuboklar uğrunda oynayır. Eləcə də “Turan Tovuz” 2022/23 mövsümündə daha çox Premyer Liqada yerini qorumaq yarışırdısa, bu gün artıq komanda sona 6 tur qalmış 5-ci pillədə qərarlaşmışdı. Uzun sözün qısası, bu 2 məşqçinin nəticələrindən çox fikirləri narazılıqları qarşılanır.

Məsələn, Şahin Diniyev mövsümün əvvəlində deyəndə ki, biz ilk altılıq uğrunda mübarizə aparacağıq, bəziləri bunu istehza ilə qarşılamışdılar. Lakin geridə qalan zaman kəsiyi göstərdi ki, həqiqətən də “Səbail” bu gün avrokuboklara yollanmağa hazır deyil.

Eləcə də Ayxan Abbasov. Abbasov dəfələrlə qeyd edib ki, ciddi uğurlar qazanmaq, inkişaf etmək üçün zamana ehtiyac var. Lakin dünən “Sumqayıt”a məğlubiyyətdən sonra bir azarkeşin şərhi diqqətimi çəkdi. Tovuzlu fanat komandanın daha yaxşı nəticələr qazanması üçün Abbasovun klubdan getməli olduğunu iddia edir. Fikrimcə, bu, kökündən yanlış düşüncədir. Birincisi, Tovuz klubu Premyer Liqada cəmi ikinci mövsümünü keçirir. Başa düşürük, 2004-cü ildə Azərbaycan futbolunda ciddi pullar dövr etməyə başlayandan sonra klub rəhbərləri kimi, azarkeşlər də komandadan dərhal yüksək nəticələr tələb edirlər. Əksəriyyət düşünür ki, sponsorun, 5-10 legionerin varsa, mütləq avrokuboklarda oynamalısan. Əslində isə belə deyil. Birincisi, klub avrokuboklara vəsiqə qazanmaq üçün tam hazır olmalıdır. Adicə futbolçuların beynəlxalq oyunlar zamanı səfərə yollanarlən geyəcəkləri kostyumdan tutmuş hər bir xırda detala kimi hər şeyə fikir verilməlidir. İkincisi, tutaq ki, bu gün “Turan Tovuz”, “Səbail”, yaxud bir başqası avrokuboklara vəsiqə qazandı. Orada elə ilk mərhələdəcə mübarizəsiz rəqibə uduzub boynubükük geri dönəcəksənsə, avrokuboklara yollanmağın nə mənası var? Məhz bütün bunları nəzərə alaraq Ayxan Abbasov dəfələrlə “daha da böyüməliyik” deyir. Dünən “Sumqayıt”a məğlubiyyətdən sonra təcrübəli mütəxəssisin səsləndirdiyi fikirlərə diqqət yetirək: “Bu gün göründü ki, futbolçular basqı altına düşəndə çətinlik çəkirlər. Böyümək üçün bu anları yaşamalıyıq. Son günlər hər kəs avrokuboklar haqda düşündü. Futbolçular uduzmaqdan qorxurdular. Hiss elədim bunu. Bu məğlubiyyətlər olmasa və bundan dərs çıxarmasaq, böyüməyəcəyik. Bunu hər kəs qəbul etməlidir”.

Bəli, bu gün hər kəs qəbul etməlidir ki, “Turan Tovuz” avrokuboklara vəsiqə qazanmaq üçün hələ hazır deyil, böyüməlidir. Klub rəhbərliyinin inkişaf etmək üçün gördüyü işlərə alqış düşür. Ehtiram Quliyev həqiqətən də Tovuz, Azərbaycan futbolunun gələcəyini düşünür. Lakin azarkeşlər də bir qədər səbirli olmalıdırlar. Necə ki, Ehtiram bəy anlayır, başa düşür ki, qısa zamanda uğur qazanmaq mümkün deyil. Mümkün olsa belə, bu, qısa müddətli bir nəticə olacaq. Odur ki, tovuzlu azarkeşlər də səbirli olmalı, sona kimi komandaya, futbolçulara, məşqçilər korpusuna dəstək olmalıdırlar...

Futbolxeber.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30