28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Sumqayıt”ın yarımmüdafiəçisi: “Hələ heç nə bitməyib, mübarizə qabaqdadır”

“Zirə” ilə oyun ağır keçdi. Belə olacağını da gözləyirdik. Meydana qələbə üçün çıxmışdıq. Yekunda qazancımız 1 xal oldu. Buna da şükür. Hələ heç nə bitməyib, mübarizə qabaqdadır”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Sumqayıt”ın yarımmüdafiəçisi Səbuhi Abdullazadə Azərbaycan Premyer Liqasının son turunda “Zirə” ilə qolsuz bərabərə qaldıqları görüşü şərh edərkən deyib.

22 yaşlı futbolçu avrokuboklar uğrunda sona qədər mübarizə aparacaqlarını bildirib: “Sona 6 tur qalmış dördüncü yerdəyik. Lakin bununla kifayətlənə bilmərik. Qarşıdakı matçlara çox ciddi hazırlaşmalıyıq. Çünki meydana özümüzdən razı halda çıxsaq, altıncı-yeddinci yerə də düşə bilərik. Sona qədər hər xal üçün savaşmalıyıq”.

S.Abdullazadə sumqayıtlı azarkeşlərdən də söz açıb: “Neftçi” ilə açılış matçında stadionda anşlaq idi. Sonrakı matçda isə tribunalar demək olar ki, tam boş idi. Lakin sonradan yavaş-yavaş dolur. “Zirə” ilə görüşdə azarkeş sayı 5-6 min olardı. İnanıram ki, növbəti matçlarda stadionda bizi daha çox azarkeş dəstəkləyəcək”.

O, növbəti turda “Turan Tovuz”a qarşı keçirəcəkləri matçdan da danışıb: “Bizi çətin səfər gözləyir. Tovuza qələbə üçün yollanacağıq. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik”.

Fərəc ASLANOV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31