29 May 2024, Çərşənbə
Renat Dadaşov "Hatayspor"dan ayrıldı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında

Ölkə futbolu

“Qarabağ”ın 2 uğurlu seriyası qırıldı

“Sabah” Azərbaycan çempionu “Qarabağ”ın 7 oyunluq qələbə və 18 matçlıq məğlubiyyətsizlik seriyalarını qırıb.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumatına görə, Ağdam klubunun Azərbaycan Premyer Liqasında qələbə qazanmadığı son görüş də eyni rəqiblə duelə təsadüf etmişdi.

“Sabah” hər iki qarşılaşmada Ağdam klubunun qapısına 3 qol vurub. 22-ci turda 3:3 hesablı heç-heçə ilə kifayətlənən paytaxt klubunun futbolçuları 30-cu turda qalib gəliblər - 3:2.

“Sabah” Azərbaycan çempionatlarının 32 illik tarixində “Qarabağ”a ardıcıl iki oyunda 3 və ya daha çox qol vuran 3-cü komanda olub. Bunadək 3 belə hadisə yaşanıb. İki dəfə “Kəpəz”, bir dəfə “Şəmkir” “Qarabağ”la ardıcıl matçlarda məhsuldarlıq göstərib.

Gəncə klubu 1994-cü ildə iki dəfə 4:1 hesablı qələbə qazanıb. 1998-ci ildə isə bu nəticələr fərqli olub - 3:2 və 3:0. “Kəpəz”in eyni ilə təsadüf edən qələbələri iki fərqli mövsümdə qeydə alınıb. “Şəmkir” isə eyni - 2001/02 mövsümündə, 2001-ci ilin sonlarında iki dəfə “Qarabağ”a üç və ya daha çox qol vurub - 5:1 və 3:1.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31