28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Şeydayev "Kocaelispor"da ilk qolunu vurdu

Türkiyə 1-ci liqasında 30-cu turun oyunları keçirilir.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Ramil Şeydayevin də formasını geyindiyi "Kocaelispor" evdə  "Giresunspor"la üz-üzə gəlib. Matçda "Kocaelispor" 2:0 hesablı qələbə qazanıb.

Ramil bu oyunda meydana start heyətdə çıxıb və 79-cu dəqiqədə əvəzlənib. 28 yaşlı hücumçu fərqlənməyi də bacarıb. O, 8-ci dəqiqədə hesabı açıb. Bu, Şeydayevin Türkiyə klubundakı ilk qolu olub. "Kocaeispor"un digər qolunu isə 76-cı dəqiqədə Daniel Kandeyas vurub.

Qeyd edək ki, hazırda 52 xalı olan "Kocaelispor" turnir cədvəlində 4-cüdür.

Xatırladaq ki, Ramil bu qış Türkiyə təmsilçisinə keçib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31