9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Adil Şükürov: “Komandamdan heç vaxt müdafiədə oturmağı istəmirəm”

“Çox şadam ki, bu qələbə sayəsində bütün “Kəpəz” azarkeşlərini sevindirə bildik. Bu gün iki fərqli hissə izlədik. Əslində, matça yaxşı başlamışdıq. İlk qol epizodunu da biz yaratmışdıq. Lakin sonradan uşaqlarda sanki arxayınçılıq yarandı. Bunun da nəticəsində qapımızda qol gördük”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 29-cu turunda “Araz-Naxçıvan” üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edərkən deyib.

O, ikinci hissədə geridönüş etdiklərini bildirib: “Fasilədə futbolçularla söhbətimiz oldu. Onlara lazımi tapşırıqları verdik. Sağ olsunlar, futbolçular da ikinci hissədə toparlandılar. Lazım olan qolları vurmaqla qələbə qazandıq”.

A.Şükürov fasilədə futbolçularına konkret hansı tapşırıqlar verdiyini də açıqlayıb: “Uşaqlardan daha çox irəli oynamağı istəyirdik. Bunun nəticəsində rəqib qapısında təhlükə yarada bilirdik. Onlar da sağ olsunlar ki, hər şeyi başa düşdülər və lazımi nəticəni qazandıq”.

O, “Qəbələ”nin deyil, yalnız öz çıxışları barədə düşündüklərini vurğulayıb: “Futboçularla danışanda da bildiririk ki, “Qəbələ”nin oyunu barədə düşünmək istəmirik. Əsas odur ki, futbolçularımız istədiklərimizi meydanda yerinə yetirsinlər. Mən komandamdan heç vaxt müdafiədə oturmağı, yaxud rəqibə üstünlük verməyi istəmirəm. Oyun üslubumuz var, ondan geri çəkilməməliyik. Əksinə, oyun üslubumuzu daha da yaxşılaşdırmaq istəyirik”.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30