8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Əfran İsmayılovun zədəsi "Bakı" və millinin həkimlərini üz-üzə qoydu (ÖZƏL)

"ÖZ HƏKİMİMİZ DEYİR OYNAYA BİLMƏZSƏN, AMMA MİLLİNİN HƏKİMLƏRİ DEYİR OYNAYA BİLƏRSƏN"

"Neftçi"yə qarşı oyunda zədələnərək, meydanı yarımçıq tərk edən Əfran İsmayılovun durumu ilə bağlı təzadlı vəziyyət yaranıb. Bu haqda Futbolxeber.az saytına Əfranın özü məlumat verib: "Müayinədən keçdim və həkimlər dedilər ki, 3 həftə məşq edib, oynamaq olmaz. Bu gün yığmanın düşərgəsində oldum. Amma yığmanın həkimləri deyirlər ki, Estoniya ilə oyuna yox, lakin Qırğızıstanla matça qədər səni hazır edəcəyik. Amma bu, təhlükəlidir".

Ə.İsmayılov özünü riskə atmaq istəmədiyini bildirib: "İnsanın birinci həkimi özüdür. Mən özüm də hiss edirəm ki, durumum yaxşı deyil. Hər şeyə qarşıdakı 1-2 gündə aydınlıq gələcək. Mən istirahət etmək istəyirəm. Çünki millinin düşərgəsinə qoşulub, səfərə yollansam, gərək komanda ilə birgə məşq edim. Məşq etsəmsə, vəziyyətim daha da ağırlaşacaq. Bəlkə də qarşıdakı oyun rəsmi matç olsaydı, riskə gedərdim. Amma Qırğızıstanla oyun yoxlama xarakteri daşıyır. Bu səbəbdən də risk etmək istəmirəm". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30