28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

"Kanales mənimlə əlaqə saxlayıb, Azərbaycan klubuna keçməyimdə rol oynadı"

"Neftçi"nin sabiq futbolçusu Xose Luis Kabion ölkəmizdəki günlərini xatırlayıb. Futbolxeber.az-ın məlumatına görə, vətənində verdiyi müsahibədə çilili futbolçu ölkəmizə Nikolas Kanalesin vasitəsi ilə gəldiyini bildirib: "Azərbaycan futbolunun mənzərəsi çox xoşuma gəldi. Orada yaxşı çempionat mövcuddu. Ölkə xaricində oynamaq istəyirdim. Nikolas Kanales mənimlə əlaqə saxlayıb Azərbaycan klubuna keçməyimdə rol oynadı. Həmyerlim mənə böyük komandada oynayacağımı, bununla bağlı klubdan zəng alacağımı dedi. Bu da mənim üçün yaxşı bir təcrübə oldu. Ailəmlə birlikdə Bakıya yollandım. Onların əhatəsində özümü daha inamlı hiss etməli idim”.

Qeyd edək ki, 2013-ci ilin yanvarından mayına kimi "Neftçi"nin formasını geyən Kabion hazırda Çilidə, "Reyncers de Talka" klubunda çıxış edir. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31