29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Juninyo: "Bu qədər erkən çempionluq gözləmirdim"

"Qarabağ"da ilk titulumla yanaşı, peşəkar idmançı kimi də birinci titulumdur. Bu da mənə əlavə sevinc bəxş edir"

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın hücumçusu Juninyo Misli Premyer Liqasının 28-ci turunda "Kəpəz" üzərində qazanılan 6:1 hesablı qələbədən sonra Ağdam klubunun 11-ci çempionluğunu rəsmiləşdirməsi haqda danışarkən deyib.

O, mövsümün sonuna 8 tur qalmış qızıl medallara sahib çıxmalarına belə münasibət bildirib: "Hər mövsümdən öncə klub qarşısına hədəflər qoyur. Bu da görülən işlərin nəticəsidir. Əslinə qalsa, bu qədər erkən çempionluğu gözləmirdim. Amma planımızda var idi".

O, Fransa klublarından təkliflər almağı haqda yayılan xəbərlərə belə aydınlıq gətirib: "Bununla bağlı heç bir məlumatım yoxdur. Əgər varsa da, agentim bu işlərlə məşğul olur. Bakıya gələcək və özü mənə lazım olan məlumatları verəcək. Şəxsən mənim özüm heç bir məlumata sahib deyiləm".

İbrahim CƏFƏROV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31