Ölkə futbolu
Şahin Diniyev: “Heç nə itirilməyib”
"Səbail"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 27-ci turunun "Neftçi" ilə görüşündən (0:3) sonra mətbuat konfransında iştirak edib.
Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis komandasının məğlubiyyətini belə şərh edib: "Oyunu iki hissəyə bölərdim. 3:0 darmadağın deməkdir. Bu hesab bir qapıya gedən, komandanın mərkəzi keçməməsi deməkdir. Amma biz 0:3 hesablı məğlubiyyətə layiq deyildik. Komanda ikinci hissə diktə etdi, dominantlıq göstərdi. Qol epizodlarımız çox idi. Heç bu qədər epizod yaratdığımız yadıma gəlmir. Sadəcə keyfiyyət məsələsində geri qaldıq. İrəli baxmalıyıq. Təəccüblü olsa da, komandamın oyunundan, xarakterindən, hücumameyilli oynamasından razı qaldıq. "Neftçi" kimi böyük komandanı 90 dəqiqə ərzində təzyiqdə saxlamışıqsa, gələcəyə ümidlə baxmaq olar. Heç nə itirilməyib. Doqquz oyunluq marafonun finiş nöqtəsi var. Komanda ilə istədiyimiz yerlərə çatacağıq. Sadəcə asan qollar buraxırıq. Cərimə meydançasına atılan hər bir top bizim üçün faciəyə bərabərdir. Üçüncü qoldan danışmaq istəmirəm. "Neftçi"yə uğurlar arzu edib, təbrik edirəm. Qarşıdakı oyunlarımıza baxmalıyıq. Düzgün yoldayıq. Bütün oyunlarda keyfiyyətli futbol oynamağa çalışırıq. Alınır da".
Diniyev oyunla tablodakı nəticənin düzgün gəlmədiyini söyləyib. O, müdafiə xəttində səhvlərə yol verməklərinə də toxunub: "Hər bir komandanın uğur qazanması üçün bəzi nüanslar çox vacibdir. Onların içərisində ənənə məsələsi var. "Neftçi" bu gün pis vəziyyətdə ikinci yeri tutanda, bəyənmirlər. Bu ənənədən xəbər verir. "Səbail" yenidir. Keçən il saman çöpündən tutub Premyer Liqada qalmaq uğrunda mübarizə apardıq. Yayda komanda 80-90 faiz yenidən quruldu. Futbolda üç nüans var: stabil heyət, stabil oyun və stabil nəticə. Bu üçü bir-birini bağlıdır. Bizdə bunlardan biri hər zaman kənara çıxır. Stabilliyin olmaması zaman məsələsidir. Komandanın qarşısına qoyulan ən minimum vəzifə həll olunub, artıq iddialılar içərisindəyik. Oyunumuz var. "Səbail" futbol oynayır. Ən çox tam əmin olmadığım yer müdafiədəki oyunumuzdur. Onu düzəldə bilməmişik. Futbolçularım yaxşıdır. Zamanla onu da yoluna qoysaq, "Səbail" Azərbaycan çempionatında ən yaxşı futbol oynayan komandalardan biridir".
AFFA "Səbail"in, sabiq futbolçusu Tural Bayramlıya 70 min manat pul ödəməli olduğuna qərar verib. Lakin klub bunu yerinə yetirmir. Futbolçu FİFA-ya şikayət edib və martın 30-na qədər həmin pul ödənilməlidir. Bu vəziyyət həll olunmasa kluba transfer qadağası qoyula bilər və komandanın avrokuboklara vəsiqəsi əlindən alına bilər. Şahin Diniyev məsələyə münasibət bildirib: "Bu suala mən cavab versəm, etik normadan çıxıram. Klub rəhbərliyi var. Sualın birinci hissəsinə cavab verə bilərəm ki, mən onu yollamamışdım. 18 oyunda 53 dəqiqə meydanda olmuşdu və iki qırmızı vərəqə almışdı. Mən gələndə artıq əvəzedici heyətdəydi. Ondan qabaq yollanmışdı".
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov ötən tur "Gələcəyini komandasını qurmaq istəyirəm, bu mövsüm avrokuboklara getsəm, birinci mərhələdə uduzub qayıdacağıq" deyə fikir bildirmişdi. Ş.Diniyev bunun "Səbail"ə də aid olub-olmadığı haqda deyib: "Ölkədən-ölkəyə çox fərq var. Komandadan-komandaya da. Bu gün baş məşqçilər asılı vəziyyətdə qalan insanlardır. Zamanın verilib-verilməməsi ikinci məsələdir. Hər kəsə bu gün lazımdır. Sabah heç kimə lazım deyil. Bu gün sabahı düşünsək, o sabah olmayacaq. Həmişə reallıqla barışmağa çalışmışam. Bu gün nəyimiz varsa, onunla qane olaq. Radikal addımlar, layihə, gələcəyə addımlar... "Səbail"in yolu düzdür. "Qarabağ", "Neftçi", "Zirə" ilə başabaş futbol oynayırıq, qapazaltı komanda deyilik. Sadəcə stabillik çatışmır. Onu da zamanla bağlayıram. Keçən il dedim ki, Premyer Liqada qalacağıq, qaldıq. Bu il dedim ki, iddialı olacağıq, artıq iddialıyıq. Komanda düzgün inkişaf yolundadır. Dominant oynamaq hər komandanın işi deyil. Komanda darıxdırıcı futbol oynamır. Biz sona qədər mübarizə aparacağıq. Hazırkı futbolla avrokuboklara layiqik. Futbolçularıma dedim ki, üzülməyin, futbol oynayırsız, nəticə gec-tez olacaq. Oyun varsa, nəticə mütləq gələcək. Vay o gündən ki, oyun olmaya, amma qələbələr qazanasan. Sevinirəm ki, komandam futbol oynayır, komandamla fəxr edirəm".
Ş.Diniyev sonda "Səbail"dən Azərbaycan millisinə yalnız Səlahət Ağayev və Rüfət Abdullazadənin dəvət olunmasından danışıb: "Nəsə desəm, deyəcəksiz ki, pafoslu danışırsız. İlk işimiz klub üçün çalışmaqdır, amma həm də, milliyə futbolçu yetişdirməkdir. "Səbail" üçün prestijdir. Ötən il klubumuzdan 10-a yaxın futbolçu yığma komandalarımıza getmişdi. Komada yox, klub olaraq inkişaf etmək istəyirik. Limitdə olan oyunçularımız ən yaxşılardır. Yusif Nəbiyev, Rafael Məhərrəmli, Adil Nağıyev də var, milliyə dəvət edilə bilər. Milliyə düşmək üçün klubda uğur qazanmalısan".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
- Mövsümün bəxtsizi - “Səbail”
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”