8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Juninyo: "Qarabağ"da oynadığıma görə qürurluyam"

"Qarabağ”ın futbolçusu Olaviyo Juninyo Avropa Liqasının 1/8 final mərhələsində səfərdə “Bayer”ə 2:3 hesabı ilə məğlub olduqları cavab oyunundan sonra açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, CBC Sport telekanalına verdiyi müsahibədə braziliyalı əvvəlcə matç haqda təəssüratlarını bölüşüb: "Maraqlı oyun alındı. Daha çox ikinci buraxdığımız qola görə üzülürəm. Sanki ağızda acı dad təsiri bağışlayır. Ümumilikdə isə "Bayer"in potensialına bələdik. Göstərdikləri oyuna görə qələbəyə layiq olduqlarını düşünürəm. Bizdə isə bir az bəxtsizlik oldu, qırmızı vərəqə aldıq. O da oyuna təsiredici məqamlardan oldu".

Juninyo ikinci hissədə əvəz olunmasından narazı qalmadığını bildirib: "Oyunun hansı sürətdə keçdiyini özünüz gördünüz. Bir az yorğunluq var idi. Buna baxmayaraq, bu cür oyunlarda hamı sona qədər meydanda olmaq istəyir. Amma mən də, baş məşqçimiz də yorğun olduğumu bilirdi. Bu, oyunun bir hissəsidir, belə məqamlar olur".

27 yaşlı hücumçu "Qarabağ" da qalmaq istəyin nə dərəcədədir" sualına belə cavab verib: "Onu deyə bilərəm ki, olduğum yerdə çox xoşbəxtəm. Təmsil etdiyim ölkəyə görə, oynadığım kluba görə qürurluyam. Eyni zamanda gəldiyim kluba tez bir zamanda adaptasiya oldum. Bu futboldur, hər şey ola bilər. İndi biz yerli çempionata köklənməli, mövsümün sonunu gözləməliyik. Futbolda hər şey ola bilər və biz buna hazır olmalıyıq".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30