29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Fariz Nəcəfov: “Razı olmaram ki, “Qəbələ”yə görə idman prinsipləri pozulsun”

“Gördüyümüz işə inanmalıyıq ki, uğur qazanaq. İnanmasaq, necə qələbə qazana bilərik? Çalışırıq bu vəziyyətdən çıxaq”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Qəbələ”nin prezidenti Fariz Nəcəfov deyib.

Klub rəhbəri bildirib ki, yeni baş məşqçi Kaxaber Sxadadzenin “Qəbələ”ni Premyer Liqada saxlayacağına inanır. Maraqlıdır ki, gürcü mütəxəssislə 1,5 illik müqavilə imzalanıb. Görəsən, “Qəbələ” Premyer Liqa ilə vidalaşsa, Sxadadze komandada qalacaq? “O barədə ümumiyyətlə, danışmamışıq. İndiki məqamda istəyimiz komandanı bu vəziyyətdən çıxarmaqdır. Belə olmamalıdı idi... Amma indi arxaya baxmağa vaxtımız yoxdur”.

Yayılan şayiələrə görə, mövsümün sonunda Premyer Liqada klub sayı 10-dan 12-yə artırılacaq və heç bir komanda çempionatı tərk etməyəcək. Fariz Nəcəfov isə bu iddianı yaxına buraxmayıb: “Tam yanlış söhbətdir. Sizin vasitənizlə hamıya çatdırmaq istərdim ki, belə şey mümkün deyil. Mən razı olmaram ki, “Qəbələ”yə görə idman prinsipləri pozulsun. Bu barədə heç düşünməmişəm də. Əgər “Qəbələ” aşağı liqaya düşməlidirsə, düşəcək. Komanda sonuncu olsa, deməli, Premyer Liqada oynamağa layiq deyil. Çempionatda komanda sayı artırıla bilər. Amma gərək Premyer Liqaya yüksələcək klublar da tələblərə cavab versinlər. İnfrastrukturu, heç bir şəraiti olmayan, sırf say artımına görə hansısa klubun Premyer Liqaya buraxılmasının tərəfdarı deyiləm".

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31