9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Lunyov: "Braqa" ilə oyundan sonra Bakıda bayram ab-havası var idi"

"Qarabağ"ın qapıçısı Andrey Lunyov Bakıda "Braqa"nı mübarizədən kənarlaşdırdıqları UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçından sonra paytardəyişmə otağında baş verənlər barədə danışıb.
 
Futbolxeber.az saytının məlumatına görə, "Championat" nəşrinə müsahibə verən rusiyalı qolkiper şəhərdə sevinc və bayram ab-havası olduğunu söyləyib.
 
O, paytardəyişmə otağına müxtəlif insanların gəldiyini vurğulayıb: "Çox yorğun olduğum üçün emosiyalarımda daha təmkinli idim. Çölə çıxmadığımdan, Bakıda nə baş verdiyini görmədim. Gec idi, dərhal evə getdim. Amma bəzi videolar görmüşəm və baş verənlər məni cəlb etdi. Azarkeşlər xoşbəxt idilər, onlar buna layiqdirlər".
 
Qeyd edək ki, səfərdə "Braqa"ya qalib gələn "köhlən atlar" (4:2) Tofiq Bəhramov adına Respublika stadionunda əlavə vaxtda məğlub (2:3) olsa da, 1/8 finala yüksəlib. Ağdam təmsilçisi bu raundda Almaniyanın "Bayer 04" klubu ilə üz-üzə gələcək.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30