Ölkə futbolu
İsmail Azzaui: “Başa düşmürəm ki, VAR-ın mövcud olduğu ölkədə niyə belə qərarlar verilir”
“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi İsmail Azzauinin Futbolxeber.az saytına müsahibəsi
- “Neftçi” və “Səbail”lə görüşlərdə 4 xal toplasanız da, “Zirə”yə böyükhesabla uduzdunuz. 0:3 hesablı yenilgini nə ilə əlaqələndirirsiniz?
- Əslində “Zirə” ilə oyuna yaxşı başlamışdıq. İlk yarıda üstün idik. Qol vurmaq üçün şanslarımız də var idi. Təəssüf ki, bəxtimiz gətirmədi. Onlardan yararlana bilmədik.
- İkinci hissəyə də fəal başlasanız da, sonradan ardını gətirə bilmədiniz...
- Bəli, fasilədən sonra da qol vurmaq üçün imkanlarımız mövcud idi. Amma bizim üçün bəxtsiz bir gün idi. İkinci yarının əvvəlində, ilk 15-20 dəqiqədə üstün idik. Heç cür lazım olan qolu vura bilmədik. Orxan Əliyevin yaxşı şansları var idi. Əvəzində rəqib hesab arasındakı fərqi artırdı və bununla da matçın taleyi demək olar ki, həll olundu. Çünki 0:2-dən sonra geridönüş etmək çətin idi. Artıq “Zirə” tamamilə oyuna nəzarəti əldən keçirdi. Elə bu səbəbdəndir ki, çox keçmədən üçüncü qolu vurmaqla qalan dəqiqələri formallığa çevirdilər.
- “Araz-Naxçıvan” əksər oyunlarda sanki ilk yarıda qapısında qol gördükdən sonra ayılır və ikinci hissəni daha yaxşı keçirir. Bunun səbəbi nədir?
- Konkret səbəb göstərməkdə çətinlik çəkirəm. Qeyd etdiyiniz şəkildə bir neçə oyunumuz olub. Hansı ki sonradan toparlanmışıq. Amma təəssüf ki, “Zirə” ilə oyunda bu, alınmadı. Əlbəttə, ilk qolu rəqib yox, biz vursaq, daha yaxşı olar.
- Yəqin razılaşarsınız ki, “Araz-Naxçıvan” qeyri-stabil çıxış edir...
- Razıyam. Məsələn, “Kəpəz” və “Qəbələ”yə uduzandan sonra “Neftçi”yə qalib gəldik. Yaxud “Qarabağ” və “Sabah”ı məğlub edib, sonra nisbətən zəif rəqibə yenilmişik. Bəlkə də bu, ondan irəli gəlir ki, eyni səviyyədə olduğumuz rəqiblərlə oyunlarda çətinlik çəkirik. Görünür, həmin matçlara lazımi qədər motivasiya ola bilmirik. Lakin bu yanaşmanı mütləq dəyişməliyik. Bütün matçlara eyni səviyyədə çıxmalıyıq.
- “Zirə” ilə matçda hakimlikdən razı qalmadığınız meydanın kənardan da hiss olunurdu. Azərbaycanlı hakimlərin idarəçiliyi nə dərəcədə qənaətbəxşdir?
- Hakimlik barədə çox danışmaq istəmirəm. Düzdür, mən təkcə bizim məğlubiyyətimizə səbəb olan çox saylı qərarları nəzərdə tutmuram. Həmçinin, "Qəbələ" - "Kəpəz" matçında əllə oyun epizodunu da xatırlatmaq istəyirəm. Bəzən başa düşmürəm ki, VAR-ın mövcud olduğu ölkədə niyə belə qərarlar verilir. Normal olaraq hakimlər buna əsasən qərar qəbul etməlidir. “Zirə” ilə matçda baş verən penalti epizodunda da ofsayd verildi, amma orada heç bir ofsayddan söhbət gedə bilməzdi. Biz epizodunn təkrarına baxdıq, ofsayd yox idi. Bəzən başa düşməyə çalışıram ki, hakimlər bu cür qərarları necə və nəyə əsasən qəbul edir. Onlar qərarlarına ölçüb biçib verirlər. Bunları müzakirə etmək lazımdır.
- Xal fərqi az olsa da, artıq “Araz-Naxçıvan” səkkizinci pilləyə enib. Turnir cədvəlində yenidən yuxarı qalxmaq mümkün olacaq?
- Səkkizinci yerdə olsaq da, ikinci pillədən bizi cəmi 5-6 xal ayırır. Yəni faciəvi durum deyil. Mütləq toparlanmalı və hər matça ciddi yanaşmalıyıq. İnanıram ki, tezliklə turnir cədvəlindəki mövqeyimizi yenidən yaxşılaşdıracağıq.
İbrahim CƏFƏROV
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi