9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Rəşad Sadıqovdan qələbə şərhi

"Azarkeşlərə təşəkkür edirəm. 10 oyundur qələbə qazanmırdıq. Futbolçulara və mənə mənəvi olaraq dəstək oldular. Qələbəmizi onlara ərmağan edirəm. Futbolçular kritik vəziyyətdə qələbə qazandılar. Əzmkarlıq göstərdilər".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 24-cü turunda "Araz-Naxçıvan"a 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, ikinci yarıda açıq futbola üstünlük verdiklərini bildirib: “İlk hissə hər iki komanda ehtiyatlı oynayırdı. Fasilədən sonra daha açıq futbola üstünlük verildi. Hansısa komandanın fərqlənəcəyi kimi görünürdü. İkinci qoldan sonra komanda rahatlandı. Rəqib də əzmkar mübarizə aparırdı. 3:0 asan görünə bilər, amma çətinliklə oldu. Qarşıda bizi çox vacib oyunlar gözləyir”.

Mütəxəssis hakimlikdən razı qalıb-qalmadığı ilə bağlı sualı belə cavablandırıb: "Mən razıyam və ya razı deyiləm, bu cür düşüncəm yoxdur. Əsas odur ki, hər iki komanda meydandan çıxanda hakimlikdən razı qalsın. Hər dəfə alınmır".

R.Sadıqov çempionatda qol vurmağın çətin olduğunu vurğulayıb: "Bəlkə də, tarixin ən az qollu mövsümünü keçiririk. Əsas problemimiz son zərbələrdə dəqiq ola bilməməyimiz idi. Bu gün bunu aradan qaldırdıq və belə hesabla qələbə qazandıq".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30