7 Iyun 2024, Cümə
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ

Ölkə futbolu

“Rəvan” “Sumqayıt”la oyuna hazırlığı başa vurdu

"Rəvan” Azərbaycan Premyer Liqasının 13-ci turu çərçivəsində "Sumqayıt”ı qəbul edəcək. Futbolxeber.az-ın məlumatına görə, komanda bu oyuna hazırlığı başa vurub. Bu mənada sonuncu məşq axşam saatlarında "Bayıl Arena”da baş tutub. Baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında keçirilən hazırlıqda futbolçular çox da yüklənməyib. Ənənəvi olaraq yüngül xarakterli olan çalışmalardan sonra futbolçular müxtəlif taktiki və texniki gedişlər üzərində çalışıb. Çalışmalarda Elvin Həsənəliyev və Kristian Torres iştirak etməyib. Hər iki futbolçu zədəlidir və bugünkü görüşdə meydana çıxa bilməyəcək. Əvəzində Aqil Nəbiyev və Sohib Savankulov komanda ilə birgə məşqlərə qatılıb. Hər iki oyunçu baş məşqçinin sərəncamında olacaq.


revanfc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30