8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Leandro Andrade: “Mərhələni adlayacağımıza inanırıq”

"Qarabağ"ın futbolçusu Leandro Andrade Portuqaliyanın "A Bola" nəşrinə açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, portuqaliya əsilli kapo-verdeli yarımmüdafiəçi Avropa Liqasının pley-off mərhələsində "Braqa"ya qarşı keçirəcəkləri oyunlar haqqında danışıb.

O, pley-offun püşkatmasından əvvəl Portuqaliya klubu ilə qarşılaşmağı arzuladığını söyləyib: “Portuqaliyada oynamış həmkarlarım “Braqa” və ya “Benfika”ya rəqib olmağımızı istəyirdilər. Çünki bunlar əla komandalardır və ölkəmizi sevirlər. Pley-offa vəsiqə qazandıqdan sonra Portuqaliya klubuna rəqib olmağı arzulayırdım. Dərhal aləmlə danışdım. Onlar səfər oyunumuzda stadionda olacaqlar. Möhtəşəm gecə keçirmək, futbolun sehrindən həzz almaq, ailəm və dostlarım qarşısında canlı oynamaq üçün lazım olan hər şey var. Bu, tez-tez baş vermir”.

24 yaşlı futbolçu "Qarabağ"ın mərhələni keçəcəyinə inandığını bildirib: “Aydındır ki, biz mərhələni adlayacağımıza inanırıq. Kim olmağımızdan və hansı turnirdə iştirak etməyimizdən asılı olmayaraq, özümüzə və dəyərimizə güvənirik. Əlimizdən gələni edəcəyik. Hər iki matçda qələbə üçün mübarizə aparacağıq. Rəqibi təhlil edirik, məlumat öyrənirik. "Braqa"nın üstün cəhətlərini bilirik”.

Leandro Andrade rəqibin təcrübəli yarımmüdafiəçisi Joau Moutinyo haqqında da danışıb: “Braqa”ya rəqib olduqdan sonra haqqında ən çox danışdığım futboçulardan biri Joau Moutinyodur. Onunla qarşılaşmaq üçün həyəcanlanıram. Hər ikimiz Alqarviodanıq. Atam Vava Andrade futbolçu olanda Moutinyonun atası mənim atamın məşqçisi olub. Joaoya xüsusi sevgim var və onun pərəstişkarıyam. Onun oyununu izləyərək böyümüşəm. Bu, heç vaxt unuda bilməyəcəyim bir təcrübədir. Yenidən evdə oynayacağım üçün çox həyəcanlıyam”.

Andrade sonda "Qarabağ"la müqaviləsini uzatmasına toxunub. Qış transfer pəncərəsində bir nçə klubdan təkliflər alan futbolçu Ağdam təmsilçisində qalmasının səbəblərini açıqlayıb: “Bu variantlar var idi. “Qarabağ”ın məni saxlamaq üçün mübarizə aparması özümü burada vacib hiss etməyimə səbəb oldu və burada qaldım. "Transfer nağılı” başa çatdıqdan sonra müqavilə müddətimi 2027-ci ilə qədər yenilədim”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30