Ölkə futbolu
Andrey Lunyov: “Bəlkə də komandanın fikri daha çox “Braqa” ilə matçda idi”
“Qarabağ”ın qapıçısı Andrey Lunyovun Futbolxeber.az saytına müsahibəsi
- Azərbaycan Premyer Liqasının XXII turunda “Sabah”la görüşdə heç-heçə (3:3) ilə kifayətləndiniz. Xal itkisini nə ilə əlaqələndirmək olar?
- Nəticə bizi qane edə bilməz. Çünki xeyli sayda qol şanslarımız olsa da, onları boşa verdik. Rəqibin qapıçısını dəstəkləmək istərdim. O, möhtəşəm oyun keçirdi. Düzdür, sonda texniki səhvə yol verdi. Lakin qarşıdakı matçlarda ona uğurlar arzu edirəm.
- “Qarabağ” “Sabah”dan son 2 oyunda 7 qol buraxdı. Çox deyil?
- Çoxdur, razıyam. Lakin bunun səbəbləri var.
- Məsələn, hansı səbəblər?
- Kubokda cavab oyununda nisbətən rahat idik. Çünki ilk matçda böyükhesablı qələbə qazanmışdıq. Həmin görüşdəki qolları hardasa bununla əlaqələndirmək olar.
- Onda belə çıxır ki, çempionatdakı xal itkisi də ikinci pillə ilə aranızdakı xal fərqinin çox olmasına görədir?
- Xeyr, belə düşünmürəm. Xal fərqi çox olsa da, biz hər matça 100 faiz motivasiya olmağa çalışırıq. Bəlkə də komandanın fikri daha çox “Braqa” ilə matçda idi. Bu da səbəb ola bilər. Amma öz adımdan deyə bilərəm ki, bütün fikrimi “Braqa” ilə yox, məhz bu matça yönəltmişdim.
- “Qarabağ”ın son 2 çempionat oyununda 8 penalti təyin olunub...
- İlk növbədə onu deyim ki, penalti qərarlarının hamısı düzgün idi. İstər “Səbail”lə oyunda olsun, istər “Sabah”la. Penaltilərin çoxluğuna konkret səbəb göstərmək çətindir. Ola bilər bu, cərimə meydançasındakı aktiv oyunla əlaqədardır. Yaxud diqqətsizlikdən, konsentrasiyanın itirilməsindən də irəli gələ bilər.
- Qarşıdakı “Braqa” ilə matçdan gözləntiləriniz nədir?
- İlk növbədə yaxşı, maraqlı oyun gözləyirəm. Stadionda gözəl atmosfer olacaq. Biz də layiqli mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik.
- Rəqibin hansı üstünlüklərini qeyd edə bilərsiniz?
- Açığı, hələ “Braqa”nın oyununu komanda şəklində izləməmişik. Qarşıdakı günlərdə təhlillər aparılacaq. Yalnız Çempionlar Liqasındakı bəzi matçların müəyyən epizodlarına baxmışam. Ona görə də üstün, yaxud zəif tərəfləri barədə çox da məlumatlı deyiləm.
- “Braqa” - “Qarabağ” oyununda hansı amil həlledici olacaq?
- Kim oyuna daha yaxşı köklənsə, kim daha az səhv etsə, o da qalib gələcək.
İbrahim CƏFƏROV
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
- Mövsümün bəxtsizi - “Səbail”
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”