8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

PAOK - AEK matçı Əliyar Ağayevə tapşırıldı

Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstanın yüksək liqasının vacib oyununa təyinat alıb.

Futbolxeber.az saytının parapolitika.gr nəşrinə istinadən verdiyi məlumata görə, o, fevralın 11-də Superliqanın 22-ci turunda keçiriləcək PAOK - AEK matçını idarə edəcək.

Ə.Ağayeva yan xətdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Yunanıstanlı referi Diamantopulos dördüncü hakim funksiyasını yerinə yetirəcək. Azərbaycanın daha bir FİFA referisi Elçin Məsiyev Reynhard Buxbaumla birlikdə VAR hakimi olacaq.

Qeyd edək ki, hazırda PAOK 50 xalla liderdir. AEK isə 48 xalla 2-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Əliyar Ağayev buna qədər də Yunanıstan Superliqasının bir neçə vacib qarşılaşmasına təyinat alıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30