8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

AFFA hakimləri təhqir edən şəxsləri cəzalandırıb

AFFA İntizam Komitəsi Region Liqasında hakimləri təhqir edən şəxsləri cəzalandırıb.

Futbolxeber.az saytının məlumatına görə, “Ümid” (Saatlı) komandası ilə görüşdə “Olimpiya Ağcabədi”nin ehtiyat oyunçuları və özünü komandanın nümayəndəsi adlandıran şəxslər hakimin üzərinə yüyürərək təhqiramiz ifadələr işlədiblər və referini təhdid etdiklərinə görə matç yarımçıq dayandırılıb.

Bu səbəbdən Ağcabədi təmsilçisinə texniki məğlubiyyət verilib.

“Olimpiya Ağcabədi”nin futbolçusu Cəlil Abdullayev və onun komanda yoldaşı Şahin Rüstəmov ədalət təmsilçisini təhqir etdikləri üçün 5 oyunluq cəzaya məruz qalıblar.

"Cürət" komandasının oyunçusu Murad İsayev İCBFA ilə qarşılaşmada referini təhqir etdiyi üçün 4 oyunluq cəzalanıb. Rəqib komandadan Nadir Əzimli də bu hərəkətə görə eyni cəzanı alıb.

AFFA U-10 Liqasında da hakim təhqir olunub. “Azəri” komandasının baş məşqçisi Elşən Əliyev “Lokomotiv” (Gəncə) ilə görüşdə texniki zona qaydalarını pozaraq meydana çıxıb. Ardınca ədalət təmsilçisini təhqir edib və ona qarşı əl-qol hərəkətləri etdiyi üçün 6 matçlıq diskvalifikasiya olunub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30