8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Şahin Diniyev: “Bu, Azərbaycan tarixinin ən şərəfli və möhtəşəm seçkisidir”

"Səbail"in baş məşqçisi Şahin Diniyev prezident seçkilərində səsvermə hüququndan istifadə edib.

Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis 26 saylı Sabunçu seçki dairəsinin 16 saylı məntəqəsində səs verib.

Azərbaycan millisinin sabiq baş məşqçisi seçki ilə bağlı təəssüratlarını bölüşüb: "Bu, Azərbaycan tarixinin ən şərəfli və möhtəşəm seçkisidir. Ölkəmiz artıq suverenliyini tam bərpa edib. Əvvəl Qarabağ dərdimiz var idi, indi isə hamı seçkiyə fərəh hissə ilə gəlir. Gördüklərimə əsasən bütün bunları deyirəm".

Qeyd edək ki, Azərbaycanda bu gün, fevralın 7-nə növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30