Ölkə futbolu
Sumqayıtda futbol bayramı - TƏƏSSÜRAT
Dünən yenidənqurmadan sonra Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda ilk oyun keçirildi. Böyük şəhərin tək komandası “Sumqayıt”la flaqman “Neftçi”nin qarşıdurmasına maraq həddindən artıq böyük idi. Təsadüfi deyil ki, matç üçün satışa çıxarılan bütün biletlər satıldığından hələ oyundan bir gün öncədən anşlaq yaşanacağı məlum olmuşdu...
MURAD ARİFİN “TOYDAN TOY TUTMAĞI”
Stadionun ərazisinə daxil olarkən ilk diqqətimizi çəkən mühafizənin güclü təşkil edilməsi oldu. Media sektora gedib çatana kimi polislər 3 müxtəlif yerdə notbuk çantamızı yoxladılar. Hüquq-mühafizə orqanlarının əməkdaşları kimi, könüllülər də üzərlərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirirdilər. Bir sözlə, təşkilatçılar matça gələn azarkeşlərin təhlükəsizliyi və rahatlığı üçün əllərindən gələni etmişdilər.
Arenaya daxil olmamışdan artıq tanınmış idman jurnalisti, ölkədə bu cür tədbirlərin birmənalı şəkildə 1 nömrəli aparıcı olan Sənan Şəfizadənin səsi həyətdən eşidilirdi. Publikanı coşdurmağı çox yaxşı bacaran Şəfizadə sumqayıtlı fanatları sevimli komandalarına dəstək olmağa çağırırdı.
Açılışla əlaqədar oyundan 1 saat öncədən konsert proqramı da təşkil olundu. Əvvəlcə “Sumqayıt uşağı” Murad Arif, daha sonra isə Hiss öz mahnıları ilə stadiona toplaşanları əyləndirməyə çalışırdılar. Murad Arif isə bir mahnıdan digərinə keçid etməmişdən öncə mayda Sumqayıtda keçiriləcək konsertinin anonsunu verməklə bir növ fürsətdən yararlandı.
TELMAN SALAHOV 58 İLDƏN SONRA YENƏ FƏRQLƏNDİ
Konsert proqramından sonra yaşıl meydan əsl sahiblərinin - futbolçuların ixtiyarına verildi. Komandalar meydana daxil olduqdan sonra əvvəlcə dövlət himni səsləndi. Matçın start fitindən öncə veteran futbolçu Telman Salahov meydana çıxdı. Qarşılaşmada topa ilk toxunuşu o etdi. Bu işin məhz T.Salahova həvalə olunması heç də səbəbsiz deyildi. Belə ki, “Sumqayıt”ın Müşahidə Şurasının üzvü olan 86 yaşlı veteran futbolçu 1966-cı ildə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən ilk matçda qol vurub.
MATÇIN ADAMI – KASİMİR NİNQA
Maraqlıdır ki, topa ilk toxunuşunda Telman Salahov “Sumqayıt”ın hücumçusu Kasimir Ninqaya daban ötürməsi verdi. Bu ötürmədən ilhamlanan afrikalı forvard isə matçın adamı adına layiq futbol sərgilədi. İlk yarıda vurduğu iki qolla Ninqa komandasının qələbəsində böyük pay sahibi oldu. Amma “Sumqayıt”ın qələbəsini təkcə 31 yaşlı forvardın inamlı oyunu ilə əlaqələndirmək düzgün çıxmaz. Dünən “Sumqayıt”ın bütün üzvləri meydanda can qoydular. Komanda sanki ölüm-dirim savaşına çıxmışdı. Bir sözlə, meydan sahibləri qələbəyə tam layiq idilər. Sanki bir neçə gün əvvəl kubok matçında 1 hissədə “Neftçi”dən 3 qol buraxan həmin “Sumqayıt” deyildi. “Neftçi” isə göstərdi ki, Bojoviçin gəlişindən sonra bir qədər irəliləyiş olsa da, komanda hələ də tam relsə düşməyib. Bunun üçün isə zamana ehtiyac var.
SAMİR ABASOVUN “CANAVARLAR”I
“Sumqayıt”ın qələbəsində futbolçular kimi Samir Abasovun da rolu danılmazdır. Bu günlərdə 46 yaşını qeyd edən mütəxəssis mətbuat konfransında futbolçularının ona hədiyyə etdiyi köynəyi nümayiş etdirdikdən sonra hər nə qədər təvazökarlıq edib qazanılan qələbəni oyunçuların adına yazsa da, Abasovun işi göz önündədir. Bu gün “Sumqayıt” turnir cədvəlində 21 turdan sonra ikinci pillədə qərarlaşıbsa, bu, birmənalı şəkildə Samir Abasovun əziyyətinin bəhrəsidir. Doğma Sumqayıtını çox sevən mütəxəssis dünən komandasının qələbəsini çılğınlıqla qeyd edirdi. Mətbuat konfransında bu sətirlərin müəllifinin “46 yaşınızda ilk qələbə, stadionun açılışında qələbə və “Neftçi” üzərində qələbə. İmkanınız olsaydı, bu üçündən hansı seçərdiniz?” sualına “Stadionun açılışı” cavabını versə də, məncə, elə 3 variant Abasovun sevincini birə beş artırmışdı.
“SUMQAYIT”IN UĞURLARINDA RƏFİYEV İMZASI
Dünən stadionun girişində ilk qarşıma çıxan “Sumqayıt”ın prezidenti Riad Rəfiyev oldu. Rəsmi şəxsləri şəxsən qarşılayan klub rəhbəri görüşdən sonra da matça təşrif buyuran məsul qonaqlar məşğul idi. Oyunun yüksək səviyyədə baş tutmasında Rəfiyev və komandasının rolu danılmazdır.
Haşiyə çıxaraq qeyd edək ki, bu gün “Sumqayıt”ın qazandığı nəticələrdə Rəfiyevin böyük rolu var. Hər nə qədər ara-sıra bəziləri Rəfiyevin əziyyətini yerə vurmağa cəhd etsələr də, hər şey göz önündədir. Yarandığı ilk günlərdən çempionatın autsayderi gözü ilə baxılan “Sumqayıt” məhz Rəfiyevin prezidentliyi dövründə bu statusdan qurtuldu. Son illər “Sumqayıt” 2 dəfə ölkə kubokunda finala kimi irəlilədi, 2 dəfə də avrokuboklara vəsiqə qazandı. Bütün bunlar isə bir rəhbər şəxs kimi Riad Rəfiyevin əziyyətinin bəhrəsidir.
GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİNDƏN ANLAŞILMAZ BİGANƏLİK
Rəsmi qonaqlardan söz düşmüşkən, dünən matça təşrif buyuranlar arasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəov, eləcə də digər rəsmi şəxslər var idi. AFFA prezidenti Rövnəq Abdullayev görüşü izləyənlər arasında olmasa da, assosiasiyanın vitse-prezidenti Vaqif Sadıqov, baş katib Sərxan Hacıyev arenada idilər. Nə qədər qəribə olsa da, hətta ara-sıra tiktokerlərlə görüşməyə belə vaxt tapan gənclər və idman naziri Fərid Qayıbovu stadionda gördüm deyən olmadı. Ümumiyyətlə, nazirliyin məsul şəxslərindən heç kim Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda matçı izləməyi ehtiyac görməmişdi.
ƏSAS SUAL AZARKEŞLƏRƏDİR - TAMAM, YA DAVAM?
Yazını dünən matçdan sonra bəlkə də ən çox müzakirə olunan məsələ ilə bitirmək istərdik. Stadionda əla atmosfer, əsl futbol bayramı yaşandı, bəli. Lakin bu, davamlı olacaq? Görəsən, stadion “Sumqayıt”ın hər oyununda dolacaq? Oyundan sonra komandanın baş məşqçisi Samir Abasov da bu məqama toxundu: “Azarkeşlərə səslənirəm. Əvvəl deyirdiz ki, oyun olsun, biz də gələk. İndi oyun da var, nəticə də. Dəstək sizdən, nəticə bizdən”. Ümid edək ki, dünənki ab-hava bir atımlıq barıt olmayacaq. Hər matçda Sumqayıt şəhər stadionunda anşlaq yaşanacaq. Azarkeşlər “Böyük şəhərin tək komandası”nı yalnız qoymayacaqlar...
İbrahim CƏFƏROV
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
- Mövsümün bəxtsizi - “Səbail”
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”