8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Xaçayev sumqayıtlı azarkeşlərə səsləndi: “Neftçi”ni məğlub etmək üçün...”

“İlk hissə çox çətin alındı. Çünki küləyə qarşı oynayırdıq. Lakin birinci 45 dəqiqədə istəyimizə nail olduq. Hesabı açdıq və fasiləyə üstün yollandıq”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Sumqayıt”ın üzvü Murad Xaçayev Azərbaycan Premyer Liqasının XX turunda “Araz-Naxçıvan”a qarşı keçirilən oyun barədə danışarkən deyib.

26 yaşlı futbolçu 1:1-lik heç-heçəni belə şərh edib: “İkinci hissə bizim üçün uğursuz başladı. Qapımızda lazımsız qol gördük. Təəssüf ki, yekunda qələbə qazana bilmədik. Bununla belə, düşünürəm ki, azarkeşlər oyundan zövq ala bildilər. Maraqlı qarşılaşma idi”.

Xaçayev qələbə qazana bilməmələrinin səbəbini belə izah edib: “Rəqibin cərimə meydançasına qədər irəliləyə bilsək də, son zərbəni endirmək heç cür alınmırdı. Buna görə də qələbə qolunu vurmaq mümkün olmadı. Halbuki ikinci dəfə fərqlənmək üçün imkanlarımız var idi”.

O, növbəti turda “Neftçi” üzərində qələbə qazanmağa çalışacaqlarını bildirib: “Neftçi”nin nəyə qadir olduğunu hamı bilir. Öz azarkeşlərimiz önündə oynayacağıq. Maksimum gücümüzü qoyacağıq ki, qələbə qazanaq”.

Fevralın 4-də “Sumqayıt” “Neftçi”ni yenidən inşa olunmuş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək. M.Xaçayev azarkeşləri “Sumqayıt”a dəstək olmağa çağırıb: “Uzun müddət yeni stadionun açılışını gözləyirdik. Nəhayət ki, bu baş verəcəyi üçün sevinirik. Bütün azarkeşləri “Neftçi” ilə fevralın 4-də keçiriləcək oyunumuza dəvət edirəm. Əminəm ki, maraqlı qarşılaşma olacaq. Fanatları sevindirmək üçün əlimizdən gələni edəcəyik”.  

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30