11 Iyun 2024, Çərşənbə axşamı
"Qarabağ"dan qapıçı transferi
"Zirə" Çantakiasla vidalaşdı
"Cəbrayıl" I Liqaya yaxınlaşdı
“Zirə”də üç yeni müqavilə - RƏSMİ

Ölkə futbolu

"Qarabağ"dan yeni rekord

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/24 mövsümündə 50-ci qolunu vurub.
 
Futbolxeber.az saytının məlumatına görə. bu, 20-ci turun “Kəpəz”lə səfər matçına (2:1) təsadüf edib. Ağdam klubunun yubiley qoluna Toral Bayramov imza atıb.
 
“Qarabağ” ölkə çempionatları tarixində 15-ci dəfə mövsüm ərzində 50 və ya daha çox qol vurub. Bu, yarışın yeni rekordudur. Bölgə təmsilçisi 14 dəfə “50”yə çatan “Neftçi”ni arxada qoyub.
 
Ümumilikdə isə çempionatın 32 illik tarixində 62-ci dəfə komandalardan biri buna nail olub. İndiyədək 17 klub belə məhsuldarlıq göstərib: “Qarabağ” - 15, “Neftçi” - 14, “Kəpəz” - 7, “Şamaxı” - 4, “Bakı”, “Turan”, “Şəmkir” - 3, “Karvan”, “Xəzər” S, “Xəzər Lənkəran” - 2, “Şüvəlan”, “Azəri”, “İnşaatçı” B, “Kürmük”, “Viləş”, “Sabah” və “Xəzri” - 1.(pfl.az)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30