8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Adil Şükürov: “Uşaqlar çalışdılar, amma alınmadı”

"Futbolçularıma təşəkkür edirəm. Verilən tapşırıqları maksimum yerinə yetirməyə çalışdılar. Oyunun sonlarında az da olsa, konsentrasiya itdi. Əsas məqsədimiz əvvəlki "Kəpəz"i geri qaytarmaqdır. Bunun üçün çalışırıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Adil Şükürov Premyer Liqanın 20-ci turunun "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.

O, rəqib azlıqda qalandan sonra komandasının zəif təsir bağışlamasına belə münasibət bildirib: “Məqsədimiz o idi ki, daha çox top saxlayıb vaxtımızı gözləyək və qol vuraq. Uşaqlar çalışdılar, amma alınmadı”.

A.Şükürov komandasının üzvü Adama Nianenin "Səbail"ə keçəcəyi barədə yayılan xəbərin həqiqətə uyğun olmadığını söyləyib: “Elə bir şey yoxdur. Adama bizim futbolçumuzdur. Onunla söhbət etmişik. Hələ ki, bizimlə davam edir”.

“Kəpəz”in çalışdırıcısı penalti epizodunu belə şərh edib: “Zubir meydana çıxandan sonra sağ cinahdan daha çox təzyiq oldu. Həmin epizodda ani diqqətsizlik penalti ilə nəticələndi”.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30