10 Iyun 2024, Bazar ertəsi
"Cəbrayıl" I Liqaya yaxınlaşdı
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də

Ölkə futbolu

“Mehdi Hüseynzadə”də Premyer Liqa oyunları üçün görülən işlər müəyyənləşib

Azərbaycan Premyer Liqasının oyunlarını qəbul etmək üçün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda görülən işlər müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, arenada yayımçı telekanal üçün üç yerdə çəkiliş meydançası quraşdırılıb.

Bundan əlavə, rahat, kəsintisiz yayım üçün yüksək gərginlikli elektrik, həmçinin yüksək sürətli internet xəttinin çəkilişi həyata keçirilib.

İşıqlandırma sistemi tamamilə yenilənib və media nümayəndələri üçün xüsusi sektor ayrılıb.

Skay-boksların qarşısındakı metal arakəsmələr şüşə ilə əvəz olunub. Stadionun ətrafında və içərisində məlumat xarakterli lövhələr qoyulub.

Nəzarət və təhlükəsizlik kameraları quraşdırılıb, stadionun səs və görüntü (monitor) sistemi təkmilləşdirilib.

Qeyd edək ki, "Sumqayıt" Azərbaycan Premyer Liqasının XXI turunda "Neftçi"ni məhz bu arenada qəbul edəcək. Fevralın 4-də keçiriləcək görüş saat 15:00-da başlayacaq. Gələn həftədən etibarən satışa çıxacaq biletləri iticket.az saytından, Sumqayıtda yerləşən 1 saylı ASAN Xidmət mərkəzindən, oyuna 3 gün qalmış isə stadionun yaxınlığında fəaliyyət göstərəcək kassadan əldə etmək mümkündür. Matçdan bir saat əvvəl konsert proqramı təşkil ediləcək.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30