28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Qarabağ” Belarusda beynəlxalq turnirə qatılacaq

“Qarabağ”ın U-15 komandası Belarusda “Bizim gələcəyimiz” adlı beynəlxalq turnirə qatılacaq.

Futbolxeber.az saytının məlumatına görə, Ağdam təmsilçisinin 2009-cu il təvəllüdlüləri fevralın 7-10-u aralığında Minskdə baş tutacaq turnirdə Belarus və Rusiyadan olan həmyaşıdları ilə qarşılaşacaqlar.

16 kollektivin 4 qrupa bölündüyü turnirdə “Qarabağ” yerli BATE, eyni zamanda Rusiyanın “Zvezda” və “Olimpik” komandaları ilə B qrupunda mübarizə aparacaq.

Qruplarda ilk iki yeri tutacaq komandalar 1/4 finala adlayacaqlar.

Çempion kubokla, 2-3-cü yerlərin sahibləri isə medallarla təltif ediləcəklər. Həmçinin turnirin ən yaxşı futbolçularına mükafat təqdim ediləcək. Oyunlar hər hissəsi 20 dəqiqədən ibarət olacaq.

Qeyd edək ki, “Qarabağ”ın U-15 komandasına ötən gün Vüqar Əsgərli baş məşqçi təyin edilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31