10 Iyun 2024, Bazar ertəsi
"Cəbrayıl" I Liqaya yaxınlaşdı
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də

Ölkə futbolu

"Qəbələ"dən hansı futbolçular yığma komandalara dəvət aldı?

"Qəbələ"nin 3 futbolçusu yığma komandalara dəvət alıb. Futbolxeber.az-ın məlumatına görə, Azərbaycan milli komandası 2, U-21 yığması isə 1 futbolçuya dəvət göndərib. Müdafiəçilər Volodimir Levin və Elnur Allahverdiyev noyabrın 15-də Tallinn şəhərində Estoniya, noyabrın 19-da isə Bişkek şəhərində Qırğızıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək milli komandamızın heyətində forma geymək şansı qazanıb. Azərbaycan yığması noyabrın 11-dən etibarən təlim-məşq toplanışında olacaq (11-13 noyabr - Bakı, 14-16 noyabr - Tallinn, 17-19 noyabr - Bişkek).

Ürfan Abbasov isə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 15-də Skopye şəhərində Makedoniya komandası ilə qarşılaşacaq Azərbaycan U-21 yığmasının heyətinə dəvət alıb. U-21 komandası hazırlıq məqsədilə Makedoniyaya noyabrın 21-də yola düşəcək.

Xatırladak ki, Premyer Liqanın XIII turunun ardından milli komandaların yoldaşlıq oyunları ilə əlaqədar çempionata 11 günlük fasilə veriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30