9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin növbəti iclası keçirilib

Azərbaycan Tələbə Futbol Federasiyası (ATFF) İctimai Birliyinin İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, ATFF-nin prezidenti Firudin Qurbanov tələbə futbolunun 2023-cü il mövsümünün yekunlarına dair çıxış edib, gündəlikdə duran əsas məsələlər barədə fikirlərini bildirib, federasiyanın 2021-2025-ci illər İnkişaf Konsepsiyasının müddəaları ilə bağlı zəruri məsələlərə toxunub, tələbə futbolunda görülmüş işləri və həyata keçirilməsi vacib olan tədbirləri qeyd edib.

Daha sonra ATFF-nin icraçı direktoru Elnur Abdullayev ötən il ərzindəki fəaliyyət haqqında federasiyanın hesabatını təqdim edib. Baş katib Lətif Novruzov ilk dəfə ölkəmizdə keçirilən Azərbaycan Tələbə Liqasının ötən ildəki fəaliyyətinin yekun hesabatını səsləndirib.

İclasda gündəlikdə duran cari məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonda Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilmiş tələbələr arasında futzal turnirin keçirilməsi üçün hazırlıq işlərinə başlanılması qərara alınıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30