7 Iyun 2024, Cümə
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ
"Səbail"da 2 illik yeni müqavilə

Ölkə futbolu

Nadir Qasımov Hakimlər Komitəsini yıxdı-sürüdü (Özəl)

"MƏGƏR, ÜSTÜMDƏ TAPANÇA, YA BƏLTA GƏZDİRİRƏM Kİ KİMƏSƏ HƏDƏ-QORXU GƏLİM?"

"Deyirlər ki, hakimlərə hədə-qorxu gəlmişəm. Neyləmişəm ki? Məgər, üstümdə tapança, ya bəlta gəzdirirəm ki kiməsə hədə-qorxu gəlim?" Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri AFFA İntizam Komitəsi tərəfindən 10 oyunluq cəzalandırılan "Şuşa"nın baş məşqçisi Nadir Qasımov deyib.

64 yaşlı mütəxəssis Hakimlər Komitəsinin işindən narazı olduğunu gizlətməyib: "Əgər, mən hakimi vursaydım və o zaman 10 oyunluq cəzalansaydım, bunu anlayışla qarşılayardım. 64 yaşım var, mən hakimə nə hədə-qoxru gələ bilərəm ki? Onsuz da haqsızlıq baş alıb gedir. Hər tur hakim səhvləri olur. Elə bu tur "Xəzər Lənkəran", biz, "Şahdağ" hakimin qurbanı oldu. Başa düşmürlər ki bu cür hallarla Azərbaycan futbolu qabağa getməyəcək".

Nadir Qasımov vəziyyətdən çıxış yolunu yalnız AFFA prezidenti Rövnəq Abdullayevlə görüşməkdə görür: "Çox istəyirəm ki, AFFA prezidenti Rövnəq Abdullayevlə görüşüm. Əgər, onunla görüşə bilsəm, hakimlərin özbaşnalığı haqda hərt şeyi danışaram. Bugünkü gündə "Şuşa"nın qarşısına heç bir tələb qoyulmayıb. Komandamızın əsasını 1994-95-ci iı təvəllüdlü uşaqlar təşkil edir. Nəyə görə onlar oyundan sonra meydançanı gözüyaşlı halda tərk etməlidirlər? Baxırıq, çox pis oluruq. İstəyirik ki, əlimizdən gələni edək, futbolumuz qabağa getsin. Amma imkan vermirlər".

Qasımov qərardan şikayət etməyəcini bildirib: "Kimə şikayət edim? Ya tutaq ki şikayət etdim, nə dəyişəcək? Ədalət hardadı? İndi həmin hakim qıraqdan gülür ki, hə, Nadir Qasımovu 10 oyunluq cəzalandırdılar. Allah canlarını sağ eləsin". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30