Ölkə futbolu
Rəşad Sadıqov: “Həmin an qərar qəbul etdim ki, ən azı yaya qədər birlikdə olacağıq”
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Araz-Naxçıvan”la oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşını da iştirak etdiyi brifinqdə mütəxəssis ilk olaraq 2:1 hesablı qələbə qazandıqları görüş barədə fikirlərini açıqlayıb:
- Qış fasiləsindən sonra ilk oyunumuz idi. Buna baxmayaraq, yaxşı, sürətli, keyfiyyətli qarşılaşmaya şahid olduq. Bu yoldaşlıq matçı bir daha göstərdi ki, bizi çempionatın ikinci yarısında maraqlı, gərgin mübarizə gözləyir. Hər iki komanda bu gün çox istəkli idi. Futbolçular qələbə qazanmaq üçün hər şey edirdilər. Sanki heç çempionatda fasilə deyil. Oyunçuların motivasiyası çox yüksək idi. Bu, bir tərəfdən bizi sevindirir. Digər tərəfdən də mövsümün ikinci yarısının nə qədər gərgin olacağını göstərir.
- Komandanızın bu günə olan hazırlıq səviyyəsi sizi nə dərəcədə qane edir?
- Çox qısa dövr hazırlıq keçmişik. Bu matçdan sonra 4 gün hazırlıq keçdikdən sonra ayın 15-də “Qarabağ”la yoxlama oyunumuz var. Ondan sonra artıq çempionatın rəsmi matçına hazırlaşacağıq. Yəni hazırlıq üçün çox vaxtımız yoxdur. Vaxt az olsa da, çalışırıq ondan səmərəli istifadə edək.
- “Zirə”dən fərqli olaraq medallar uğrunda mübarizədə əsas rəqiblərinizin demək olar ki, əksəriyyəti hazırda Antalyada hazırlıq keçir. Bu məqam çempionatda ziyanınıza işləməyəcək?
- Biz vaxtın qısa olduğunu nəzərə alıb təlim-məşq toplanışını Bakıda keçmək qərarına gəldik. Əvvəldən yalnız “Qarabağ”la yoxlama matçı nəzərdə tutulmuşdu. Sonradan məlum oldu ki, “Araz-Naxçıvan”la üz-üzə gəlmək şansımız da var və bu, çox yaxşı oldu. Düşünürəm ki, Antalyaya yollanmamağımızın bir zərəri olmayacaq. Amma ən dəqiqini gələcək göstərəcək.
- Komandanızın yeni transferi Rafael Utsiqin durumu necədir?
- Hələ ki fərdi məşq edir. Son rəsmi oyununu noyabrın 11-də keçib. Demək olar ki, iki aydır kollektiv məşqlərdən kənardır. Ona görə də formasını bərpa etməsi bir qədər zaman ala bilər. İstərdik ki, qısa müddətdə formasını bərpa edib komandaya fayda versin.
- Rafael Utsiq və Ceyhun Nuriyevin gəlişindən sonra hücum xəttində canlanma olacaq?
- Əsas hədəfimiz hücum xəttini gücləndirməkdir. Danışıqlar davam edir. Daha bir futbolçunun transfer olunmasını istərdim. Lakin indidən alınıb-alınmayacağını deyə bilmərəm.
- “Neftçi”nin hücumçusu İqor Boqomolskinin “Zirə”yə gəlmək şansı hələ də qalıb?
- Yayda da istəyimizi bildirmişdik. İndi də Boqomolski bizim üçün maraqlıdır. Hələ ki “Neftçi” onu hansısa kluba vermək barədə düşünmür.
- Vladislav Kulaçın komandadan gedəcəyi barədə yayılan xəbər nə dərəcədə doğrudur?
- Bizim kimi komandalarda hər an hansısa futbolçuya təklif olsa, bu, müzakirə edilə bilər. Bu gün biz “Qarabağ” səviyyəsində deyilik ki, sərfəli təklif gəldikdə futbolçumuzu heyətimizdə saxlayaq. Bizdə hər an hər şey baş verə bilər. Məlum olan odur ki, Lukoviç gedib. Bu heyətlə hazırlıqlarımız davam edir. Sabah nə olacağıını isə indidən demək çətindir.
- Rəhim Sadıqovun gedişi nə dərəcədə realdır?
- Rəhimlə bağlı xəbərləri mən də oxudum. Təklif olsa, dəyərləndirə bilərik. Rəhim də daxil olmaqla bir neçə futbolçumuza ölkə xaricindən maraq göstərilib. Bəlkə də söhbətlər ordan yaranır. Lakin konkret heç nə yoxdur.
- Pərviz Azadov bu gün özünü yaxşı tərəfdən göstərdi. Mövsümün ikinci yarısında ona daha çox şans verməyi düşünürsüz?
- İstedadı ilə bağlı müzakirə getmir, bu, məlumdur. Yetər ki zədələnməsin. Bu halda oynamaq şansı mütləq olacaq. Son 1-2 ayda şükür ki, zədələnməyib, stabil məşq edir.
- Filipe Paxtman zədəsini bərpa edib?
- Hələlik fərdi məşq edir. Yəqin ki komandaya qoşulmağı 2-3 həftə çəkəcək.
- Qış fasiləsinə yaxın qeyd etmişdiz ki, Filipe Paxtman inandığım, amma bəxtsiz futbolçudur. Onunla söhbətimiz olacaq. Paxtmanı komandada saxlayacaqsız?
- Ən azı yaya qədər bizimlə birlikdə olacağıq. Nə qədər zədələnsə də, meydanda az olsa da, komanda üçün nəticələr əldə edib. “Turan Tovuz”la matçda da vacib qola imza atdı. Amma yenə də zədələndi. Düzdür, tam hazır deyildi. Mən bir az risk etdim o oyunda. Ona görə də həmin an qərar qəbul etdim ki, ən azı yaya qədər birlikdə olacağıq.
- Bu gün həm də ehtiyat qapıçı Anar Nəzirova şans verdiz. Qışdan sonra onu rəsmi matçlarda da meydanda görməyimiz mümkündür?
- Bəli, mümkündür. Anar bizim təcrübəli futbolçularımızdandır, kapitanlardandır. O da hər an meydana çıxa bilər.
- Qış fasiləsi formada olan komandaların ziyanınadır, yoxsa xeyrinə?
- “Qarabağ”dan başqa “Zirə” də daxil olmaqla digərləri haqda 100 faiz formadadır deyə bilmərik. Çünki 9 klubun hamısı mövsümün müəyyən vaxtlarında enişdə olub, müəyyən vaxtlarda yüksəlişdə. İstər oyun, istərsə də nəticə baxımından. Ona görə də dəqiq deyə bilmərik ki, biz formadaydıq, fasilə ziyanımıza işləyəcək. Düzdür, fasiləyə ikinci yerdə yollandıq. Amma son turlıar qələbə qazana, hətta qol da vura bilmədik. Bununla belə, “Turan Tovuz”la matçda vacib qələbə qazanmaqla kubokda 1/4 finala yüksəldik. Odur ki, bu suala dəqiq cavab vermək olmur. Çalışırıq ki, fasilədən maksimum faydalanaq.
- Yayda Ruan Renatonun gəlişindən sonra digər “Qəbələ”li Rafael Utsiqin də “Zirə”yə keçəcəyi deyilirdi. Braziyalı forvardla həqiqətən də həmin vaxt maraqlanırdız?
- Onun klubla müqaviləsi bitmişdi. Bilirdik ki, sözləşməsini uzatmır. Bəli, həmin vaxt da bu futbolçuya marağımız var idi. Amma indi daha israrlıydıq.
- “Araz-Naxçıvan”ın baş məşqçisi Rəhim Sadıqovla maraqlandıqlarını bildirdi...
- Bu, normaldır. Mən də istərəm “Araz-Naxçıvan”dan 3-4 futbolçunu komandam da görüm. Gənc məşqçilər arasında bu barədə müzakirələr gedir. Rəhimin də digər klubların maraq dairəsində olması normaldı. Yaxşı futbolçudur. Ciddi, konkret təklif olsa, düşünüb qərar verəcəyik.
- Belə başa düşmək olar ki, “Zirə” bu tip transferlərdən gəlir əldə etmək istəyir.
- Bəli. Ona görə dedim ki, real təklif olsa, dəyərləndirəcəyik.
Fərəc ASLANOV
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- Mövsümün bəxtsizi - “Səbail”
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”