9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Miço Kuzmanoviç: “Avrokuboklar? Niyə də yox?! Biz buna inanırıq”

“10 gündən sonra Bakıda məşqlərə başlamışıq. İstirahəti öz evimdə etdim və yenidən komandaya qoşuldum. Hazırda isə mövsümün ikinci hissəsinə hazırlaşırıq. Qış fasiləsindən sonra yaxşısını etməyə çalışacağıq.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Miço Kuzmanoviç deyib.

Bosniyalı futbolçu fasilədən sonra özünü daha yaxşı hiss etdiyini bildirib: “Hər şey əladır. Özümü burada yaxşı hiss edirəm. Əhval-ruhiyyə yüksək səviyyədədir. Adaptasiya üçün azacıq vaxta ehtiyacım var. Ümumi götürdükdə, heç bir problem yoxdur”.

28 yaşlı yarımmüdafiəçisi mövsümün ikinci yarısı üçün hədəflərindən də söz açıb: “İlk olaraq daha yaxşı performans nümayiş etdirmək istəyirik. Ötən ilki çıxışımıza qaldığımız yerdən davam etmək niyyətindəyik. Yeni formalaşan komanda olaraq hər oyun daha yaxşısını ortaya qoyuruq. Komanda da hər kəs əlindən gələni edir ki, yekunda nəticələrimizi daha da yaxşılaşdıraq”.

Kuzmanoviç qeyd edib ki, ilk üçlükdə yer almaq üçün əllərindən gələni edəcəklər: “Turnir cədvəlində komandaların xalları bir-birinə çox yaxındır. Rəqabətli çempionat gedir. Bütün komandalar bir-birinə qarşı başa-baş mübarizə aparır. Belə hal biz oyunçular üçün çempionatı daha da maraqlı edir. Hər matçı qalib başa vurmağa çalışırıq. Mövsümü ilk üçlükdə başa vurmaq üçün əlimizdən gələni edəcəyik”.

O, avrokuboklara vəsiqə qazanacaqlarına inanır: “Niyə də yox?! (gülür) Biz buna inanırıq. Komanda olaraq çalışırıq”.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30