Ölkə futbolu
Azər Bağırov: “Çalışırıq ki, hər iki “qarpız”ı əlimizdə saxlayaq”
“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırovun Futbolxeber.az saytına müsahibəsi
- Komandanız artıq 2 gündür məşqləri bərpa edib. İlkin təəssüratlarınız necədir?
- Əsas olan komanda üzvlərinin yüksək əhval-ruhiyyədə qayıtmasıdır. Görünür ki, yaxşı istirahət ediblər. Bu fasilədən, istirahətdən sonra görəcəyimiz çox yaxşı işlərimiz var. Oyunçular məsuliyyətlərini dərk etməlidirlər. Daha çox çalışmalıyıq, 3-cü və 4-cü dövrə daha çətin olacaq. Çempionatımızdakı rəqabətə, standartlara cavab verməliyik.
- Transfer çalışamaları ilə bağlı nə kimi yeniliklər var?
- Yeni transferlər üçün planlar var. Transferlər ediləcək. Bəzi yerli futbolçularla danışırıq. Onların arasında həm gənc, həm də təcrübəli oyunçular var. İstərdik ki, heyətimizi yerli futbolçularla zənginləşdirək. Bunun necə alınacağını zaman göstərəcək.
- Ümumiyyətlə, hansı mövqeləri gücləndirmək istəyirsiz?
- Ümumi olaraq bütün mövqeləri gücləndirmək istərdik. Sadəcə olaraq bugünkü imkanlar, klublardakı vəziyyət buna imkan vermir. Çalışırıq ki, bütün mövqelərdə yerli futbolçularla rəqabət olsun. Demək olar ki, çempionatın ilk dövrəsində stabil oynayan Abdulla Rzayev və Turan Manafov üçün də rəqabət aparan futbolçular olmalıdır, ən azından onlar da olduqlarından daha yaxşı statusa gəlib çıxsınlar.
- Komandanı tərk edən olub?
- Ayrılanlarla bağlı tam nəsə demək istəmirik. Yəqin ki, yerli futbolçuların transferindən sonra hər hansısa dəyişikliklər olacaq. Çünki standartlara cavab verən, oyun tərzimizə uyğun olan futbolçuları saxlayacağıq. Hər hansısa futbolçunu göndərməyəcəyik, sadəcə ola bilər ki, bəzilərini icarəyə verək.
- “Araz-Naxçıvan” heyətində 2 legioner qapıçı olan azsaylı klublardandır. Demək olar ki, meydana çıxmayan Semir Bukviçlə vidalaşmaq fikriniz var?
- Bukviçin komandadan ayrılmaq ehtimalı yoxdur. Hələ ki, yerli qapıçı yoxdur ki, Bukviçi əvəz etsin. Həm də Bukviç maddi baxımından yüksək ödənişli deyil, bu baxımdan bizə sərf edir. Hələ ki, onunla davam edirik. Yerli qapıçı tapsaq, Bukviç öz ölkəsinə qayıdacaq. Orada qapıçının oynayacağı hazır klubu var.
- Gedişatdan asılı olaraq “Araz-Naxçıvan”ın çempionatı kuboka, yaxud kuboku çempionata qurban verməsi mümkündürmü?
- Yaxşı yerlər uğrunda mübarizə üçün çalışırıq. Oyunlara qələbə üçün çıxırıq. Kubok və ya çempionatın fərqi yoxdur. Bir məsəl var: "Bir əldə iki qarpız tutmaq olmaz". Biz isə çalışırıq ki, hər iki "qarpız"ı əlimizdə saxlayaq. Heç birindən məhrum olmaq istəmirik. Buna görə də yerli futbolçuların həm keyfiyyətini, həm də sayını artırmaq istəyirik.
- Çempionatı altıncı pillədə başa vursaz da, ikinci yerlə aranızda 3 xal fərq var. Bundan sonrakı hədəflər nədir?
- Çalışacağıq ki, 3 və 4-cü dövrədə daha sürətli, rəngarəng, çevik "Araz Naxçıvan" görəsiniz. Rəqiblər bizə qarşı daha ciddi hazırlaşır. Biz də öz oyun üslubumuzu, keyfiyyətimizi daha da yaxşılaşdırmalıyıq.
- “Zirə”ni çıxmaq şərti ilə 3-8-ci yerlərdə qərarlaşan, belə deyək, əsas rəqibləriniz olan kollektivlərin hamısı təlim-məşq toplanışı üçün Antalyaya yollandı. Bu məqam “Araz-Naxçıvan”ın əleyhinə işləməyəcək?
- Bu barədə zərrə qədər də düşünmürük. Komandamız çempionata 10 gün qalmış yığıldı. Liqaya çox yaxşı başladıq. Fikrimcə, 18 oyunda cəmi 2 dəfə zəif matç keçirdik. Çalışacağıq ki, komandamız üçün daha yaxşısını edək.
- Mətbuatda Rəhim Sadıxovla maraqlanmağınızla bağlı xəbər yayılıb. Bunu necə şərh edərdiniz?
- Bu gün Premyer Liqada olan bütün yerli futbolçularla maraqlanırıq. Burada tək Rəhimin adını xüsusilə qeyd etmək istəməzdim. Bütün yerli futbolçulara marağımız var. "Sabah", "Zirə", "Qarabağ"da daha az oyun keçirən yerli futbolçuları komandamızda görməz istərdik. Rəhim Sadıxov da həmin oyunçulardan biridir.
Azad NURİYEV
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- Mövsümün bəxtsizi - “Səbail”
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”