8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Azərbaycan 2023-cü ilin ən yaxşı futbolçusu müəyyənləşib

Azərbaycanda 2023-cü ilin ən yaxşı futbolçusu müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, qalib “Futbol+” qəzetinin yığma məşqçiləri, klub məşqçiləri, kapitanlar, mətbuat katibləri, 1-ci liqa klublarının baş məşqçiləri, futbol rəhbərliyi, mütəxəssislər, agentlər, oyunlara AFFA nümayəndəsi kimi gedən şəxslər, jurnalistlər və blogerlər arasında keçirdiyi sorğu nəticəsində seçilib.

Sorğunun nəticəsinə əsasən, Azərbaycan milli komandasının və “Qarabağ”ın 26 yaşlı müdafiəçisi Bəhlul Mustafazadə 2023-cü il üçün ölkənin ən güclü oyunçusu adını qazanıb. O, 305 səs toplayıb. 244 səs yığan milli komandamızın və “Neftçi”nin kapitani Emin Mahmudov ikinci olub. “Qarabağ”ın digər müdafiəçisi Elvin Cəfərquliyev 197 səslə üçlüyü qapayıb.

İlk 10-luqda həmçinin Toral Bayramov (88), Renat Dadaşov (70), Musa Qurbanlı (52), Ramil Şeydayev (38), Aleksey İsayev (30), Mahir Emreli (12) və Məqsəd İsayev (8) yer alıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30