8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

“Səbail” şəhərin 2 yerində meydança tikir

ŞAHİN DİNİYEV: “AVROPADA BUNU EŞİTSƏLƏR, DƏLİ OLARLAR”

“Ən çox zədə hansı komandalardadır? “Səbail” və “Turan Tovuz”da. Bizim zədələr nə ilə bağlıdır? Görmüsüz 60-cı dəqiqədə hansısa futbolçumuzu qıcolma tutsun? Əgər fiziki yüklənməni düz verməsək, ya dartmalıdır, ya qırılmalıdır”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis 14-15 yaşlı futbolçuların meniskdən zədə almasının anormal hal olduğunu bildirib: “Bizim zədələrin hamısı menisklə bağlıdır. 14-15 yaşlı futbolçu meniskdən zədə alır. Bunu Avropada eşitsələr, dəli olarlar. 14-15 yaşlı futbolçunun menisk olması bilirsiz nə deməkdir? Özü də 1-2 nəfər yox a. Əsas komandadan Süleyman Əhmədov, Cabir Əmirli, David Qomis - hər üçündə çarpaz bağları qırıldı. 4-5 ay futbolçudan kənar qaldılar”.

Diniyev qeyd edib ki, klub rəhbərliyi vəziyyətdən çıxış yolu tapıb: “Bu məsələ artıq qaldırılıb. Şəhərin 2 müxtəlif ərazisində yer tapılıb, biri Əhmədli tərəfdədir, digəri Bayraq meydanı tərəfdə. Hazırda iş gedir, sənədləşmə prosesi aparılır. Akademiyanın komandalarını Əhmədlidəki meydançaya köçürməyi planlaşdırırıq. Həmin meydançalar hazır olduqdan sonra “ASCO Arena”nın qazonunun təbii ot örtüyü ilə əvəzlənməsi planlaşdırılır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30