8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Sabah” barədə apellyasiya şikayəti təmin olunmadı

“İrəvan”ın futbolçusu Elşən Abdullayevin sabiq klubu “Sabah” barədə apellyasiya şikayəti təmin olunmayıb.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, Apellyasiya Arbitraj Tribunalı “ödənilməyən xidmət haqqı” tələbinə dair iş üzrə Oyunçuların Statusu və Transferi Komitəsi tərəfindən qəbul edilən qərarı qüvvədə saxlayıb.

Müraciət üçün Apellyasiya Arbitraj Tribunalının Əsasnaməsinin 9.1-ci bəndində göstərilən müddət keçdiyinə, müddətin ötürülməsi üzrlü hesab edilmədiyinə, bununla da şikayət vermə qaydaları pozulduğuna görə, apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunub.

Qərarın tam mətni 30 gün ərzində hazırlanaraq tərəflərə göndəriləcək.

Futbolçunun bu qərardan İsveçrənin Lozanna şəhərindəki İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət vermək hüququ var.

Oyunçuların Statusu və Transferi Komitəsi 7 avqust 2023-cü il tarixində Elşən Abdullayevin şikayətinə baxılmaması qərarını vermişdi. Buna səbəb futbolçunun şikayəti təyin edilən vaxtdan gec verməsi olmuşdu.

Qeyd edək ki, Elşən Abdullayev 2018-2021-ci illərdə “Sabah”da oynayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30