10 Iyun 2024, Bazar ertəsi
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu

Ölkə futbolu

Samir Abasov: “Ürəkdən davransaydılar, narahatlıq olmazdı”

"Futbolçularımı təbrik edirəm. "Karvan" da yaxşı oyun nümayiş etdirdi. Komanda sona qədər intizamı saxladı. Sevindirici məqam odur ki, futbolçularımız zədələnmədi. İlin son oyunundan öncə əhvalımız pozulmadı. Qarşıda "Səbail"lə matçımız var. Bu oyuna hazırlaşacağıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun 1/8 final mərhələsində "Karvan"ı 3:1 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlimələri barədə danışarkən deyib.

Təcrübəli mütəxəssis "Sanki rəqib əsəblərinizlə oynamağı bacardı" fikrinə belə münasiblət bildirib: "Rəqibdən daha çox futbolçularım əsəblərimlə oynadı. Meydanda bəzi məqamlar var idi. Oyunu bitirə bilərdik. Ürəkdən davransaydılar, narahatlıq olmazdı. Rəqibin əks-hücumda oynaması normaldır. Bəzi epizodlarda son ötürmələri düz versəydilər, bəlkə onlar önə çıxardı. Bəzi oyunçularımın boş oynaması məni əsəbiləşdirdi. Ümumi götürəndə oyun nəzarətimiz altında idi. Əsas odur ki, nəticəni 90 dəqiqədə qazandıq".

O, komandasının müdafiədə səhvlərə yol verməsinə də toxunub:  "Elvin Bədəlov zədədən yeni dönüb. Arxayınlıq da var idi. Elvinin oynatmağı düşünmürdük. Təəssüf ki, İsa Suliman yenidən zədələndi. Bu, planlarımızı pozdu".

S.Abasov sonda Azərbaycan kubokunun formatı və ilk mərhələlərdə aşağı liqa təmsilçiləri ilə - "Lerik" və "Karvan"la qarşılaşmaları barədə də danışıb: "Ən çox acı çəkən "Sumqayıt" oldu. Legionerimizi ilin sonuna kimi itirdik. Amma bu o demək deyil ki, aşağı liqa klubları kubokda oynamamalıdır. Onların iştirak etməsi yaxşıdır. İstərdik ki, aşağı liqa klublarının da şəraiti yaxşı olsun, biz də gedib orada oynayaq. Rayon komandasının ev oyununu bizim meydanda keçirməsi... Önəmi qalmır. Bunlar düzəlsə, daha maraqlı olar. "Lerik"lə səfərdə oynasaydıq, stadion tam dolardı. Kubokda komanda sayının artması yaxşıdır. Bu gün I Liqa komandası ilə oynadıq. Rahatlıqla qələbə qazanmadıq. Birinci şəraiti düzəltmək lazımdır".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30