9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Marko Yankoviç: “Tam hazırıq”

"Sabah bizi çox vacib oyun gözləyir. Tam hazırıq. Rəqibi də analiz etmişik. Əlimizdən gələni edəcəyik ki, oyunu və qrupu yaxşı nəticə ilə bitirək".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Marko Yankoviç UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu -6-cı turunda sabah "Hekken"lə (İsveç) Bakıda keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

Monteneqrolu yarımmüdafiəçi bir neçə gündür davam edən qeyri-sabit hava şəraitinin onların oyununa təsir göstərməyəcəyini bildirib: "Hava şəraiti bizim üçün problem yaratmaz. İnanmıram ki, yağış kiməsə problem yaratsın. Buna öyrəşmişik. Yaxşı fürsətimiz var. Hamı bacarığını göstərmək istəyir".

Yankoviç hələlik pley-off haqda düşünmədiklərini qeyd edib: "Öncə biz sabah qalib gəlməli və Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanmalıyıq. Ondan sonra növbəti rəqib haqda danışa bilərik. Əgər komanda düzgün hazırlıq, motivasiya keçsə hər rəqibə qarşı oynaya bilərik. Bizim bu keyfiyyətimiz var".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30