11 Iyun 2024, Çərşənbə axşamı
"Qarabağ"dan qapıçı transferi
"Zirə" Çantakiasla vidalaşdı
"Cəbrayıl" I Liqaya yaxınlaşdı
“Zirə”də üç yeni müqavilə - RƏSMİ

Ölkə futbolu

“Prosineçkinin vaxtında ehtiyatda oturan belə şans verildiyi halda meydanda canını qoymağa hazır idi”

“Futbolda milli səviyyəsində nəticələrimiz o qədər də yaxşı deyil. Halbuki hazırkı milli komandanı dövrünün ən güclülərindən hesab edirəm. Bu heyətlə nəticə əldə etmək olar”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri milli komandamızın sabiq üzvü Cavid Hüseynov deyib.

O bildirib ki, əcnəbi məşqçilərin azərbaycanlı futbolçuları dəyişməsi qeyri-mümkündür: “Millidə müxtəlif məşqçilər işləyib. Bəzən görürsən ki, xarici məşqçi bizim mentaliteti az bilir. Amma çalışır ki, bizi özlərinə oxşatsınlar. Bu baxımdan sıxıntı yaşayırıq. Çalışırlar ki, hamımızı dəyişsinlər. Bu da qeyri-mümkündür”.

“Sizə elə gəlmir ki, millidə mental olaraq bizə yaxın olan MDB ölkələrindən məşqçi uğurla çalışa bilər?” sualını C.Hüseynov belə cavablandırıb: “Ukaynalı Roman Qriqorçukun rəhbərlik etdiyi komandada kapitan olmuşam. Onun necə iş prinsipi olduğunu çox gözəl bilirəm. O, Azərbaycana gəlmiş xarici baş məşqçilər arasında ən yaxşılardandır. Qriqorçuk futbolçulara həmişə nəsə öyrətməyə çalışıb və bu baxımdan nəticələri heç də pis olmayıb. Ukraynalı mütəxəssis ölkəmizi, insanlarımızı təhlil etməyi bacarırdı. Qriqorçukun bəlkə də üstünlüyü bunda idi. Yaxud Prosineçki bizi dəyişməyə çalışmırdı. O, özünü bizə sevdirmişdi. Onun vaxtında ehtiyatda oturan oyunçular belə 1 dəqiqə şans verildiyi halda meydana çıxıb canını qoymağa hazır idi”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30