7 Iyun 2024, Cümə
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ
"Səbail"da 2 illik yeni müqavilə

Ölkə futbolu

Azər Bağırov: “6-7 qol epizodundan yararlana bilmədik”

"Gərgin  oyun keçdi. İki hissədə də dominant oynamağa çalışdıq. Qol epizodlarını reallaşdırmayanda, belə toplar buraxırsan. Acı da olsa, qələbəni əldən verdik. İrəliyə baxmaq lazımdır".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 15-ci turunda "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Müdafiə bu gün çox yaxşı oynadıq. Əksinə, mən hücumun üstünə düşməliyəm ki, daha çox epizodlar yaradırıq, amma yararlana bilmirik. Özüm də müdafiəçi oynamışam. Bu gün müdafiədə böyük səhvlər görmədim. Buraxdığımız kimi bəxtsiz qollar da futbolda olur. Ötən oyunda "Neftçi"yə sonuncu dəqiqədə qol vurduq, bu gün sonuncu dəqiqədə qol buraxdıq. Bu halı həzm etməliyik. Amma qol vurmaq üzərində çox işləməliyik. Bəlkə də, çempionatın digər oyunlarında bu qədər qol epizodlarımız olmamışdı. Yanılmıramsa, rahat 6-7 qol epizodumuz oldu ki, yararlana bilmədik", - deyə o bildirib.

Mütəxəssis son iki oyunda avrokuboklara oynayan rəqiblərdən xal almaları ilə bağlı söyləyib: "Biz o barədə fikirləşmirik. Hər oyuna köklənirik. Futbolçularım "Neftçi"yə qarşı çox yaxşı səviyyədə oynadılar. Hətta avrokuboklar uğrunda oynayan komandalardan pis deyildilər. Axsayan yerlərimiz var. Qışda da transferlər reallaşdırmağa çalışacağıq. Tapa bilməsək, yolumuza davam edəcəyik. Orta xətt, 8 və 10 nömrə mövqeyi, hansı ki, daha çox hücumçuları topla təmin etsin. Bu cür futbolçu axtaracağıq. İstəyərdik ki, bu, yerli futbolçu olsun ki, rotasiya edə bilək. Amma olmasa, nə edək? Bu gün heç kim yaxşı yerli futbolçusunu bizə verməz".

A.Bağırov "Orxan Əliyev daha çətin vəziyyətlərdə qol vurur, nəinki asan epizodlarda..." sualını bu cür cavablandırıb: "Orxanın öz aləmi var. O epizodları qaçırmamalıydı, amma qaçırdı. Əlbəttə ki, komandanı pis durumda qoydu. Ancaq keçən oyunda da onun qolu sayəsində bir xal qazandıq. Bu mənada, futbolçunun üstünə çox getmək, onu silkələmək də bizlik deyil. Sadəcə bu gün nə lazımdırsa, onu futbolçudan tələb edirik və istəyirik ki, maksimumu ortaya qoysun. Orxan bu gün onu edə bilmirsə, sabah edəcək".

Baş məşqçi bildirib ki, "Səbail"lə ölkə çempionatında birinci oyunda da bizim ilk hissədə 3-4 real qol epizodları olub: "Orxan Əliyevin, Abdulla Rzayevin qol imkanları yaranmışdı. Onları yenə reallaşdıra bilmədik. Bu gün əlimizdə olan material budursa, səhvi kiminsə üzərində axtarmalı deyiləm. Sadəcə əlimizdə olan materialın bacarığını yaxşılaşdırmalıyıq, vəssalam. Biri var insanın maksimumu. Amma futbolçunu daha yaxşı səviyyəyə gətirmək olar. Məncə, bu gün çox yaxşı oynadıq, ancaq iki xalı itirdik".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30