7 Iyun 2024, Cümə
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ
"Səbail"da 2 illik yeni müqavilə

Ölkə futbolu

"Qarabağ"ın qapıçısı Avroliqanın ən yaxşıları sırasında

"Qarabağ"ın üzvü Andrey Lunyov UEFA Avropa Liqasının qrup mərhələsində ən çox qurtarış edən qapıçılar sırasında yer alıb.

Futbolxeber.az saytının məlumatına görə, rusiyalı qolkiper qrupdakı 5 qarşılaşmada 19 seyv edib.

32 yaşlı qolkiper bu göstəriciyə görə "Şerif"in (Moldova) qapıçısı Maksim Kovalla birlikdə 4-5-ci yerləri bölüşdürür. Polşanın "Rakuv" klubunun qapıçısı Vladan Kovaçeviç 25 seyvlə liderdir. Kipr təmsilçisi "Aris"in braziliyalı qapıçısı Vana (24) 2-ci, Avstriya “Şturm”unun üzvü Kyell Sherpen (20) 3-cüdür.

Xatırladaq ki, "Qarabağ" qrup mərhələsinin 5-ci turundan sonra 7 xalla 2-ci yerdə qərarlaşıb. Ağdam təmsilçisi qrupda son oyununu dekabrın 14-də İsveç "Hakken"inə qarşı keçirəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30