8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

“Qəbələ” - “Turan Tovuz”: 7-ci duel

Bu həftə Azərbaycan Premyer Liqasında XIV turun oyunları keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, milli komandaların matçları ilə əlaqədar yaranan fasilədən sonra baş tutacaq turda “Qəbələ” “Turan Tovuz”la qarşılaşacaq. Görüş ikinci oyun gününə təsadüf edəcək.

Qəbələ şəhər stadionundakı matç iki komanda arasında 7-ci duel olacaq. Bunadək 5 dəfə çempionat və 1 dəfə kubokda üz-üzə gələn rəqiblərin qarşılaşmalarında “qırmızı-qaralar” üstünlüyə malikdir.

İki qələbəsi olan “Qəbələ” 3 heç-heçə edib və yalnız bir dəfə uduzub. 8 qol vuran komanda 5 top buraxıb. Rafael Utziq və cari mövsümün I dövrəsində dubla imza atan Osama Xalayla bu görüşlərdə rəqib qapısına hamıdan çox - hərəyə 2 dəfə yol tapıb.

Çempionatdakı 5 qarşılaşmada rəqiblər hərəyə bir qələbə qazanıb. Üç görüşdə isə qalib müəyyənləşməyib. 6 qol vuran “Qəbələ” 5 top buraxıb.

Üçüncü dəfə rəqibini qonaq edəcək “qırmızı-qaralar” ev oyunlarında 1 heç-heçə edib və 1 dəfə məğlub olub. Öz meydanında bir qol vuran “Qəbələ” iki top buraxıb.

Xatırladaq ki, noyabrın 25-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” - “Turan Tovuz” oyunu saat 16:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30