8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Rəhman Hacıyev: “Önəmli olan kapitanlıq yox, nəticədir”

“Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyev “Zenit”ə qarşı keçirilən yoxlama oyunundan (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının müxbirinin də iştirak etdiyini müsahibəni təqdim edirik:

 

- İlk oyundan fərqli olaraq bu dəfə “Zenit”ə qalib gəldiz. Budəfəki matçı necə dəyərləndirmək olar?

- Bu dəfə çox fərqli oyun sərgilədik. Həm Rusiyadakı matçı, həm də Azərbaycan çempionatındakı oyunları nəzərə alsaq, bu dəfə meydanda daha yaxşı görünürdük. Çünki komanda pas futbolu oynayırdı. Bir həftədir ki, bunun üzərində işləyirdik. Belə davam etsək, çox yaxşı olar.

- Mutu mətbuat konfransında deyib ki, komandanın eyni oyunu çempionatda sərgiləyə bilməməsinin səbəbini bilmir...

- Bu mövsüm çempionatda çox xallar itirdik. Bu da komandanı aşağı doğru aparır. Qalxmaq o qədər asan deyil. Ona görə hər bir futbolçu başa düşməlidir ki, bu vəziyyətə düşmüşüksə, birlikdə də çıxmalıyıq. Bizə 2-3 qələbə lazımdır. Bunun üçün də hər futbolçu fikirləşməlidir. Heç bir rəqibə aşağı baxmaq lazım deyil. İnanıram ki, bu vəziyyətdən çıxacağıq. Hamıya güvənirəm.

- Ruslan Abışovun meydanda olduğu müddəti nəzərə almasaq, “Neftçi”nin kapitan sarğısını daşıdın. Bu, sənin üçün xüsusi önəm daşıyır?

- Təbii ki, önəm daşıyır. Belə məsuliyyət mənə tapşırılıbsa, ancaq fəxr edə bilərəm. Kapitanımız Emin Mahmudovdur, ikinci Eddi İsrafilov, üçüncü mənəm. Onlar olmadığı üçün kapitan sarğısı mənə verilmişdi. Bununla qürur duyuram. Amma mənim üçün önəmli olan kapitanlıq yox, nəticədir.

- “Zenit”ə qolları rusiyalı legioner vurdu. Bu, maraqlı təsadüfdür?

- Təsadüf deməyək. Mirzov çox yaxşı futbolçudur, çox istedadlıdır. Elə qolları da var. Bu mənada, təsadüfi deyil. İstəyərək fərqləndir. Hətta iki dəfə fərqləndi. Təsadüf olsaydı, bir dəfə alınardı. Allah qoysa, çempionatda da ondan və digərlərindən gözləyirik. Qollarımız nə qədər çox olsa, yaxşıdır.

- Ruslan Abışov futbolçu karyerasını başa vurdu, komanda ilə, azarkeşlərlə vidalaşdı. Həmin anları necə şərh edərdin?

- Onu sadəcə yaşaya bilən hiss edər. Ruslanın keçirdiyi hissləri təsəvvür edə bilirəm. Çünki asan məsələ deyil. Bütün ömrünü futbola verirsən və hansısa yaş dövründən sonra aktiv futbolçu karyeranı bitirirsən, bu, çox çətindir. Ona görə özümdə təsəvvür etmək istəmirəm, edə də bilmirəm. Elə bir şey düşünmürəm də hələ. Amma nə vaxtsa, hər birimiz futbolla vidalaşmalıyıq.

- Sən də, belə vida oyunu keçirmək istəyərdin?

- Əlbəttə.

- Oyundan əvvəl bildirmişdi ki, “Zenit”lə matçın məqsədi “Araz-Naxçıvan”la görüşə hazırlaşmaqdır. Bu baxımdan qarşılaşma sizin üçün nə dərəcədə effektli oldu?

- Gözəl oyun oldu. Komanda özünəinam qazandı. “Zenit” böyük komandadır və onları məğlub etdiyimiz üçün sevincliyik. Bundan sonra artıq “Araz-Naxçıvan”la oyuna hazırlaşacağıq.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30