Ölkə futbolu
Ruslan Abışov: “Ən böyük təəssüf hissini “Neftçi”dən gedişimdə yaşadım”
“Neftçi” - “Zenit” oyununda futbolçu karyerasını başa vuran Ruslan Abışov görüşün fasiləsində Futbolxeber.az saytının suallarını cavablandırıb.
- “Zenit”lə yoldaşlıq matçında son dəfə futbolçu kimi meydana çıxdın. Təəssüratların necədir?
- Futbolla sağollaşmaq çox çətindir. Başa düşürəm ki, hər şeyin bir sonu var. Mən də buna hazır idim. Amma dildə deməklə olmur. Meydana çıxarkən artıq duyğusal anlar yaşadım. “Neftçi” rəhbərliyinə, bu işdə əməyi olan hər kəsə təşəkkür edirəm. Məni futbola qazandıran “Neftçi” olub. Artıq futbolçu yox, azarkeş kimi həmişə komandanın yanındayam. Nə vaxt etimad göstərilsə, var gücümlə “Neftçi”yə kömək etməyə hazıram.
- Meydana çıxarkən gözündə nələr canlandı?
- Özümü saxlaya bilmədim, kövrəldim. Meydanda çox çətin idi o hissləri yaşamaq. İlk oyuna necə çıxmışdımsa, bu gün də eyni həvəs, istək var idi. Bütün xatirələr gözümdə canlandı. Bir futbolçunun ən ağır günü karyerasını başa vurduğu günün ertəsidir. Səhər yuxudan duranda anlayırsan ki, daha məşq yoxdur. Özümü buna nə qədər hazırlasan da, çətindir. Amma karyeramdan narazılıq edə bilmərəm. Futbol sayəsində çox şey əldə etmişəm. Mənim, ailəmizin həyatını dəyişib.
- Qeyd etdiyin kimi, futbolda çox şey əldə etmisən. Bu illər ərzində ən çox yaddaqalan və ən çox təəssüfləndiyin nələr olub?
- Karyeram ərzində çempionluqlar əldə etmişəm. Ən böyük təəssüf hissini “Neftçi”dən gedişimdə yaşadım. Çünki bir ay sonra komanda Azərbaycan tarixində ilk dəfə olaraq Avroliqanın qrup mərhələsinə düşdü. Həmin vaxt depressiyaya düşmüşdüm, heç cür özümə gələ bilmirdim. Təsəvvür et ki, kapitan olduğun komanda Avroliqanın qrupuna düşür, sənsə bütün bunları televizordan izləyirsən.
- “Neftçi”dən “Xəzər Lənkəran”a gedişin bu gün də müzakirə edilir. Sırf həmin məqama görə bugünkü vida matçına qarşı çıxan azarkeşlər də var idi...
- Azarkeşləri başa düşürəm. Onların fikirlərini normal qarşılayıram. Kapitanın əzəli rəqibin heyətinə keçməsinə heç kim razı olmazdı. Amma həmin transfer məndən asılı olmayan səbəblərdən baş tutmuşdu. Daha sonra “Neftçi” azarkeşləri ilə bu barədə söhbətimiz oldu. Onlar da məni anlayışla qarşıladılar. Yenidən komandaya gələrkən də fanatların dəstəyini hiss edirdim. Bu gün də məni görmək üçün stadiona gələn hər kəsə minnətdaram. Azarkeşlərin şəkil çəkdirməsi, avtoqraf paylamaq çox xoş idi. “Neftçi”dəki hər kəsə minnətdaram. Bu gün hamı ilə halallaşdım, sağollaşdım. “Neftçi”də məndən də titullu futbolçular olub. Bu gün “Neftçi”də bir ənənənin bəlkə də əsası qoyuldu. İnanıram ki, gələcəkdə digər futbolçular üçün də vida oyunu keçiriləcək. Çünki hər futbolçu karyerasını doğma klubunda bitirməyi istər. Bu ideyanı verən, reallaşmasında payı olan hər kəsə təşəkkürümü bildirirəm.
- Maraqlıdır ki, karyeran ərzində bir çox aparıcı klublarda çıxış etsən də, səni heç vaxt “Qarabağ”da görə bilmədik. Bunun xüsusi bir səbəbi var?
- “Rubin”də olarkən “Qarabağ” söhbəti olmuşdu. Vətənə qayıdarkən Ağdam klubundan təklif var idi. Amma yekunda “Qəbələ”yə keçəsi oldum.
- Yeri gəlmişkən, karyeranı bitirdiyini feysbukda elan etdin. Həmin vaxt “Neftçi” ilə vidalaşmaq ideyası yox idi. Sonradan nə baş verdi?
- Həmin paylaşımdan sonra “Neftçi”dən mənə zəng gəldi. Belə bir təklif irəli sürdülər. Mənim üçün gözlənilməz, amma çox xoş oldu. Məhz “Zenit”lə oyunda vida matçımın keçirilməsi çox xoş idi. Dünən oyundan əvvəl də çağırdılar, komanda ilə birgə şəkil çəkdirdik. Çox yaxşı vida mərasimi oldu.
- Bundan sonra Ruslan Abışovu hansı sahədə görəcəyik?
- Futbolun içində olacam. Futbolsuz yaşamaq qeyri-mümkündür. Düzdür, fərdi məşq edirəm, minifutbol oynayırıq. Futbolda olacam, amma hansı sahədə olacağımı zaman göstərəcək.
- Belə başa düşdüm ki, məşqçi, yaxud funksioner kimi çalışacağını hələ müəyyənləşdirməmisən?
- Məşqçi kurslarına yazılacam. Amma funksioner kimi çalışmağım da mümkündür. Hər iki sahədə təhsil almağa çalışacam. Gerisi artıq futbol rəhbərlərindən asılıdır (gülür)). AFFA, ya “Neftçi” olsun, fərqi yoxdur. Hansı təklif olsa, ən yaxşı şəkildə özümü göstərəcəyimə inanıram.
İbrahim CƏFƏROV
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
- Mövsümün bəxtsizi - “Səbail”
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”